/ / Britaniya nümayəndəsi: Azərbaycan müxtəlifliyi ilə seçilən və sürətlə inkişaf edən iqtisadiyyata malik bir ölkədir
Britaniya nümayəndəsi: Azərbaycan müxtəlifliyi ilə seçilən və sürətlə inkişaf edən iqtisadiyyata malik bir ölkədir
10.07.2015 [10:00]
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ( SOCAR), Britaniya Dövlət Ticarət və İnvestisiya Departamenti (UKTİ) ilə birgə Londonda “Azərbaycanın neft və qaz imkanları” mövzusunda brifinq keçirib.
Tədbiri açan “Shell” şirkətinin regional direktoru Campbell Keir Azərbaycanda ticarət və investisiya imkanları haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmiz sürətlə inkişaf edir və xarici investisiyaları özünə sürətlə cəlb edir. Birləşmiş Krallıq hazırda Azərbaycana ən böyük sərmayə qoyan ölkədir. Dünyanın qabaqcıl şirkətləri Azərbaycana sərmayə yatırır, bu ölkə ilə qurulan geniş ticarət əlaqələri Avropa iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkürünü bildirib. Azərbaycanın coğrafi mövqeyindən bəhs edən səfir, ölkəmizin Şərq ilə Qərbin qovşağında, strateji cəhətdən əhəmiyyətli bir bölgədə yerləşdiyini qeyd edib.
Azərbaycan-Britaniya münasibətlərinə toxunan diplomat, ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, əməkdaşlığımız sadəcə enerji sahəsində deyil, siyasi, iqtisadi, sosial sahələrdə də sürətlə inkişaf etməkdə davam edir.
Azərbaycanın enerji siyasəti haqqında məlumat verən T.Tağızadə Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin müqaviləsi”ndən bəhs edib. Diplomat, “Şahdəniz”, TANAP, TAP layihələri, ümumiyyətlə neft və qaz sahəsində xüsusilə son illərdə əldə edilən nailiyyətlər haqqında məlumat verib.
SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təqdimatla çıxış edərək təmsil etdiyi şirkətin hazırkı fəaliyyəti və layihələri haqqında məlumat verib. Britaniya şirkətləri ilə qurulan qarşılıqlı əməkdaşlıqdan bəhs edən R.Əfəndiyev bp-nin Azərbaycana sərmayə qoyan başlıca şirkət olduğunu vurğulayıb, Azərbaycanın enerji sahəsindəki gələcək planları və yeni layihələr haqqında məlumat verib.
UKTI-nin təmsilçisi xanım Jacqui Mullen ötən günlərdə “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla başa çatması və yüksək səviyyəli təşkilatçılığa görə ölkəmizi təbrik edib.
J.Mullen Azərbaycanın müxtəlifliyi ilə seçilən, sürətlə inkişaf edən və böyüyən iqtisadiyyata malik bir ölkə olduğunu bildirib. Təqdimatında, ölkəmizdə xarici şirkətlər və iş adamları üçün ticarət və biznes əlaqələrinin qurulmasının yollarından bəhs edib, Azərbaycanın ticarət və biznes qanunları haqqında məlumat verib. “Azərbaycan 2020: İnkişaf strategiyası”na da toxunan UKTİ rəsmisi, ölkənin davamlı inkişafının təmin edilməsi baxımından konsepsiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bütün bunların Birləşmiş Krallıq şirkətləri üçün də böyük fürsət olduğunu bildirən J.Mullen, Britaniyanın Azərbaycanda ən böyük sərmayədar ölkə olduğunu və bu mövqeyi qoruyub saxlamaq niyyətində olduğunu vurğulayıb.
Daha sonra çıxış edənlər ölkəmizdə neft və qaz sahəsində aparılan işlər, xarici şirkətlər və biznesmenlər üçün yaradılan fürsətlər haqqında məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

