Vergilər Nazirliyi beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir
25.07.2015 [10:33]
Orxan Musayev: IOTA-nın ən fəal üzvlərindən biri olan Vergilər Nazirliyi təşkilatın işində səmərəli və fəal iştirak edir
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə əlaqədar olaraq Vergilər Nazirliyi tərəfindən qəbul edilən 2013-2020-ci illər üçün Strateji Planda beynəlxalq və regional təşkilatlar, eləcə də, digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub”. Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev deyib.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hər zaman olduğu kimi, 2015-ci ildə də əsas prioritetlərdən biridir: “Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində həm bir sıra mötəbər regional və beynəlxalq təşkilatlarla, həm də xarici ölkələrin vergi orqanları ilə əməkdaşlığı genişləndirir. Nazirliyin nümayəndələri Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Avropa Kommersiya Qeydiyyatçıları Forumunun (ECRF) və digər regional və beynəlxalq təşkilatların tədbirlərində mütəmadi iştirak edirlər. Beynəlxalq təşkilatlarla mövcud əməkdaşlığın ikitərəfli formatda davam etdirilməsi məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı ilə danışıqlar aparılıb. Sözsüz ki, ölkəmizdə tez-tez beynəlxalq tədbirlərin keçirilməsi bu münasibətlərin daha da genişlənməsinə şərait yaradır”.
O.Musayev əlavə edib ki, Niderland Krallığının Rotterdam şəhərində baş tutan 19-cu Baş Assambleyada keçirilən səsvermənin nəticələri Vergilər Nazirliyi ilə IOTA, eləcə də, təşkilatın üzv dövlətləri arasında daha da intensivləşən əməkdaşlıqdan xəbər verir: “Vergilər Nazirliyi 2013-cü ildən bəri artıq üçüncü dəfədir ki, IOTA-nın əsas qərarverici və idarəetmə orqanı olan İcraiyyə Şurasına üzv seçilib. Qeyd edim ki, MDB məkanında ilk olaraq Azərbaycanın seçildiyi İcraiyyə Şurasının təşkilatın fəaliyyətində əhəmiyyətli rol oynayan müstəsna səlahiyyətləri var. Vergilər Nazirliyinin burada təmsil olunması təşkilatın fəaliyyətində yaxından iştirak etməyimizə şərait yaradır. Artıq ardıcıl olaraq üçüncü dəfə İcraiyyə Şurasına üzv seçilməyimiz heç də gözlənilməz olmadı. Çünki Vergilər Nazirliyi IOTA-nın ən fəal üzvlərindən biridir və təşkilatın işində səmərəli və fəal iştirakına görə təşkilata üzv olan digər ölkələr arasında da özünə layiqli yer qazanıb”.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin nümayəndələri müntəzəm olaraq IOTA-nın müxtəlif formatda keçirilən tədbirlərində, forumlarında iştirak edir və bu sahədə təcrübə mübadiləsi aparırlar. Məhz həmin forumlardan biri - Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu cari ilin 9-11 sentyabr tarixlərində Bakı şəhəri və Şamaxı rayonunda keçiriləcək. Forumda IOTA-nın 30 üzv dövlətindən 50-yə yaxın nümayəndənin iştirakı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

