Azərbaycan yeni dünya çağırışlarına uyğun uğurlu maliyyə siyasəti həyata keçirir
04.08.2015 [01:49]
Son illərdə bank-maliyyə sektorunda reallaşdırılan önləyici tədbirlər, bir tərəfdən, özəl bölmənin maliyyə təminatının daha yüksək səviyyəyə qaldırılmasına, digər tərəfdən isə inflyasiyanın təqib olunması yolu ilə ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib
Son illərdə qlobal miqyasda müşahidə edilən bir sıra mənfi tendensiyalar, o cümlədən, mal və xidmətlərə istehlakın azalması fonunda istehsalın aşağı düşməsi, milli valyutaların ucuzlaşması, bank-maliyyə sektorunda yaşanan tərəddüdlər bir sıra ölkələri ciddi çətinliklərlə üz-üzə qoyub. İş o yerə çatıb ki, problemli kreditlərdən, həcmi milyardlarla ölçülən xarici borclanmadan yaxa qurtara bilməyən bəzi Avropa ölkələri hətta sosial proqramları ixtisara salmaq hesabına vəziyyətdən çıxmağa çalışırlar. Öz növbəsində, ötən ilin ikinci yarısından etibarən dünya birjalarında neftin kəskin ucuzlaşması ixracatının əsasını neft və neft məhsulları təşkil edən ölkələr üçün ciddi problemlər yaradıb.
Bu kimi qlobal risklər fonunda Azərbaycanda bank-maliyyə sisteminin sabitliyinin təmin olunması üçün həyata keçirilən zəruri önləyici tədbirlər öz müsbət nəticəsini verməkdədir. Ölkəmizin uğurlu maliyyə siyasəti, bir tərəfdən, dövlət sektorunun və özəl bölmənin maliyyə təminatının daha yüksək səviyyəyə qaldırılmasına, digər tərəfdən isə inflyasiyanın təqib olunması, paralel surətdə əhalinin gəlirlərinin artırılması yolu ilə ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib.
Qeyd edək ki, respublikamızın güclü iqtisadi potensialı və son illərdə əldə olunan nailiyyətlər ölkədə yeni çağırışlara cavab verən uğurlu maliyyə siyasəti həyata keçirməyə imkan verir. Yeri gəlmişkən, ekspertlər Azərbaycanın uğurlu bank-maliyyə siyasətinin son 12 ildə respublikamızda əldə olunan iqtisadi inkişaf göstəricilərinə uyğun formalaşdığını xüsusi vurğulayırlar. Son 12 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Bu müddətdə respublikamızda ÜDM istehsalı 3 dəfədən çox artıb. Bu tendensiya cari ilin ilk yarısında da davam edib. Belə ki, 2015-ci ilin əvvəlindən bəri iqtisadiyyatımızda 5,7 faiz artıma nail olunub. Bundan daha yüksək artım isə 9,2 faiz olmaqla qeyri-neft sektorunda qeydə alınıb.
Mövzu ilə bağlı fikirlərini ifadə edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov dünyanın heç bir ölkəsində belə yüksək artıma nail olunmadığını bildirib. İqtisadçı ekspert vurğulayıb ki, son 12 ildə Azərbaycanın dinamik iqtisadi inkişafı ölkədə müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətin, o cümlədən, maliyyə siyasətinin təkmilləşməsi və maliyyə siyasətinin resurslarının təmin edilməsi üçün baza yaradıb. V.Bayramov fikirlərinə davam edərək deyib: “Ölkədə həyata keçirilən maliyyə siyasəti həm dövlətin, həm özəl sektorun, eləcə də, vətəndaşlarımızın maliyyə resurslarına olan təminatının yaxşılaşması üçün olduqca vacibdir. Maliyyə siyasətinin əsas elementlərindən biri ölkəmizdə həyata keçirilən büdcə siyasətidir. Büdcə siyasəti yalnız makro səviyyədə müxtəlif dövlət və özəl şirkətlərin maliyyə resurslarına olan tələbatının ödənilməsinə deyil, eyni zamanda mikro səviyyədə hər bir vətəndaşımızın həyata keçirilən büdcə siyasətindən daha səmərəli şəkildə faydalanmasına imkan verir. Büdcə siyasətinin əsas elementlərindən biri sosial siyasətdir. Əhalinin sosial təminatı birbaşa maliyyə siyasəti vasitəsi ilə həyata keçirilir. Son 12 ilin iqtisadi nəticələri göstərir ki, vətəndaşlarımız uğurlu maliyyə siyasəti vasitəsilə büdcə gəlirlərindən daha çox faydalanmaq imkanı qazanıblar. Son 12 ilin yekunlarını qiymətləndirsək, görərik ki, iqtisadi artım nəticəsində büdcənin gəlirləri 16 dəfə artıb. Qeyd olunan dövrdə əhalinin gəlirləri də yüksək səviyyədə olub. Belə ki, orta aylıq əməkhaqqında 5,5 dəfə artım qeydə alınıb”.
İqtisadçı ekspert V.Bayramov ölkəmizin uğurlu maliyyə siyasətində bankların da böyük rol oynadığına diqqət çəkib: “Prezident İlham Əliyev maliyyə siyasətinin həyata keçirilməsində və xüsusən özəl sektorun investisiya təminatının ödənilməsində kommersiya banklarının iştirakının artırılması ilə bağlı öz tapşırıq və tövsiyələrini verib. Təbii ki, son illərdə ölkəmizdə bank sektorunun inkişaf etməsi, bankların təmərküzləşməsi və likvidliyinin artması, bankların rəqabət qabiliyyətinin genişlənməsi, eyni zamanda, imkan verir ki, banklar ölkəmizdə məqsədyönlü maliyyə siyasətinin həyata keçirilməsində daha aktiv şəkildə iştirak etsinlər. Ölkəmizdə bankların inkişafı özəl sektorun, eləcə də, vətəndaşların maliyyə resurslarına olan tələbatının bir hissəsinin banklar vasitəsilə ödənilməsinə imkan verir. Son illərdə ölkəmizdə bankların aktivləri artaraq 29 milyard manatı keçib, kredit portfeli 20 milyard manata yaxındır, bankların məcmu kapitalı 4,5 milyard manat həcmindədir, eyni zamanda, banklarda əhalinin əmanətlərinin həcmi 7,6 milyard manata çatıb. Bütün bunlar banklara imkan verir ki, ölkəmizin uğurlu maliyyə siyasətinə daha sanballı töhfə versinlər”.
İqtisadçı ekspert V.Bayramov bildirib ki, ölkəmizdə həyata keçirilən maliyyə siyasəti özəl sektorun, eyni zamanda, bankların rolunun artması hesabına mövcud çağırışlara və perspektiv inkişafa cavab verir. Onun sözlərinə görə, Azərbaycanın uğurlu maliyyə siyasəti əhalinin gəlirlərinin son 12 ildə illik orta hesabla təxminən 9 faiz artmasına imkan verib. Bəhs olunan dövrdə əhalinin gəlirləri 6,2 faiz artaraq 19,8 milyard manata çatıb və adambaşına düşən gəlirlər 4,9 faiz artıb. “Biz inflyasiya ilə əhalinin gəlirlərinin artmasına diqqət yetirsək, görərik ki, əhalinin gəlirləri inflyasiya səviyyəsini təxminən 3 dəfə qabaqlayıb. Bu, o deməkdir ki, maliyyə siyasəti yalnız maliyyə resurslarının artmasına deyil, eyni zamanda, inflyasiyanın təqib olunması yolu ilə əhalinin gəlirlərinin daha real olmasına imkan yaradıb. Artıq əhali daha real gəlirlərə malikdir və bu gəlirlər inflyasiya tərəfindən yeyilmir”, - deyə V.Bayramov bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkənin maliyyə siyasətinin formalaşdırılmasında qlobal risklərin də nəzərə alındığına diqqət çəkib. Bank-maliyyə sektorundakı vəziyyətin cəmiyyətdə çox həssaslıqla izlənildiyini bildirən Aydın Hüseynov: “Ölkənin bank-maliyyə sisteminin sabitliyi əhalinin gündəlik həyatı ilə sıx bağlıdır. Buna görə də bank-maliyyə sisteminin sabitliyinin təmin olunmasını şərtləndirən amillər sırasında məsələnin sosial tərəfini xüsusi vurğulamaq lazımdır” - deyib.
Onun sözlərinə görə, eyni zamanda, məsələnin aktuallığı yalnız onun ciddi sosial məzmun kəsb etməsi və bilavasitə əhalinin gündəlik həyatına bağlı olması ilə məhdudlaşmır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan qapalı ölkə deyil, respublikamız son illərdə dinamik inkişaf sayəsində dünya iqtisadiyyatına sıx inteqrasiya edib. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir: “Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. Bu baxımdan, cari ilin əvvəlindən bəri ölkənin maliyyə siyasətində tətbiq olunan önləyici tədbirlərin əhəmiyyəti çox böyükdür. Belə ki, yeni məzənnə siyasəti həm iqtisadi inkişafın stimullaşdırılmasında, həm də əhalinin sosial müdafiəsinin təşkilində sağlamlaşdırıcı müsbət rol oynayıb. Həyata keçirilən tədbirlər sayəsində əhalinin mənafeyi baxımından mühüm əhəmiyyət daşıyan mal və xidmətlərin qiymətlərində sabitlik təmin olunub. Hazırda Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri 6,2 faiz artıb və inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.
A.Hüseynov son vaxtlar ölkəmizdə qiymətlərin tənzimlənməsi sahəsində görülən tədbirlərin önəminə də diqqət çəkib. “Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlət başçısı qiymətlərin tənzimlənməsi ilə bağlı ciddi mesajlar verdi. Həqiqətən də, bir sıra sahələrdə qiymətlərin yüksək səviyyədə qalması narahatlıq yaradır, halbuki, həmin sahələrdə qiymətlərin müəyyən qədər aşağı salınmasına real imkanlar var və bundan istifadə olunmalıdır”, - deyə A.Hüseynov fikirlərini yekunlaşdırıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

