Manat bir sıra xarici valyutalara nisbətən möhkəmlənir
08.08.2015 [00:22]
Vüqar Bayramov: Hazırda manata tələbin artması müşahidə edilir ki, bu da monetar stabillik baxımından olduqca vacibdir
Məlum olduğu kimi, son illərdə dünya üzrə müşahidə edilən arzuolunmaz tendensiyalar, o cümlədən də, iqtisadi aktivliyin azalması qlobal miqyasda ticarət və əmtəə bazarlarına öz mənfi təsirlərini göstərib. Qlobal risklərin artdığı indiki şəraitdə hər bir ölkə öz milli maraqlarından çıxış edərək daxili bazarın dünyadakı mənfi iqtisadi konyunkturun təsirlərindən qorunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin zəifləməsinin qarşısının alınması qayğısına qalmalı və bu məqsədlə adekvat tədbirlər görməlidir. Bu mənada Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarı ilə ölkəmizdə cari il fevralın 16-dan tətbiqinə start verilən yeni məzənnə siyasəti çox aktual idi. Başqa sözlə desək, yeni məzənnə siyasətinin tətbiqinə start verilməsi ilə milli valyutanın - manatın dollara nisbətdə dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların stimullaşdırılmasına xidmət edir. Ötən müddət ərzində bu sahədə hər hansı narahatçılıq qeydə alınmayıb. Əksinə, manat bu günlərdə avro və rus rublu ilə müqayisədə güclənib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, ekspert Vüqar Bayramov bildirib ki, manat son zamanlar bir sıra xarici valyutalara nisbətən möhkəmlənməkdə davam etməkdədir. Belə ki, milli valyutamız qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşımız olan Rusiyanın puluna nisbətən, sadəcə, son 1 ayda 12 faizə yaxın möhkəmlənib. Onun sözlərinə görə, yalnız son bir həftədə isə rubl manata nisbətən 8,3 faiz dəyər itirib: “Manatın rubla nisbətən möhkəmlənməsi artıq may ayından müşahidə edilməyə başlanılıb. Əgər may ayında 1 manat almaq üçün 46 rubl ödəmək lazım gəlirdisə, indi 60 rubl xərcləmək lazımdır. Bu isə manatın rubla nisbətən mövqeyinin ciddi şəkildə möhkəmlənməsindən xəbər verir”.
Manatın Avropanın vahid puluna nisbətən də möhkəmlənməsinin müşahidə edildiyini deyən iqtisadçı-ekspert qeyd edib ki, əgər mart ayında 1 avro almaq üçün 1 manat 19 qəpik ödəmək lazım idisə, indi 1 manat 14 qəpik xərcləmək yetərlidir. Bu isə sözügedən dövrdə milli valyutamızın avroya nisbətən 4 faizə yaxın güclənməsi deməkdir. Avqustun ilk günlərində də manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1,1524 manat ödəmək lazım idisə, növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1,1482 və 1,405 oldu. V.Bayramovun fikrincə, manatın bir sıra aparıcı valyutalara nisbətən möhkəmlənməsi, eyni zamanda, milli valyutamıza inamın daha da artması baxımından olduqca vacibdir: “Artıq bu inam müşahidə edilməkdədir. Bizim monitorinqlər onu göstərir ki, son dövrlər valyutadəyişmə məntəqələrində dollar və digər xarici valyutalara tələbat kəskin azalıb. Digər xarici valyutaları alanların da sayında kəskin azalmalar var. Manata tələbin artması müşahidə edilir ki, bu da monetar stabillik baxımdan olduqca vacibdir”.
Digər tərəfdən, Mərkəzi Bankın valyuta ehtiyatları son aylar stabilliyini qoruyub saxlamaqdadır. Bankın valyuta ehtiyatları 8 milyard dollardan çoxdur. Ekspert hesab edir ki, valyuta ehtiyatlarımızın artması həm manata tələbin nisbətən çoxalması və xarici valyuta təklifinin azalması və bu aspektdən intervensiya xərclərində müşahidə edilən azalmalar, həm də Mərkəzi Bankın daxili mənbələrdən istifadə etməsi ilə bağlıdır: “Mərkəzi Bank ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər baş bankın daxili mənbələrdən istifadə imkanlarını artırdı. Digər tərəfdən, dollarlaşma prosesinin səngiməsi və cari xərclər üçün dollar təklifinin çoxalması da valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərir. Mərkəzi Bankın valyuta ehtiyatlarının artması, milli valyutamızın bir sıra xarici valyutalara nisbətən möhkəmlənməsi qlobal və regional dəyişikliklər nəzərə alınmaqla Azərbaycanda həyata keçirilən düzgün monetar siyasətin nəticəsində baş tutmuşdur. Qeyd etmək istərdim ki, bu ilin iyun ayında Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Sərəncam imzaladı. Bu sənəd Mərkəzi Bankın valyuta ehtiyatlarının artırılması üçün real institusional, hüquqi və struktur bazası yaratmaqla yanaşı, manatın məzənnəsindəki stabilliyin qorunub saxlanmasına real əsas formalaşdırdı. Belə ki, yeni qaydalar bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tuturdu. Çünki əvvəlki qaydalara əsasən, MB ehtiyatları ilə nağd pul dövriyyəsi arasındakı asılılığı qorumaq üçün, eyni zamanda, pul aqreqatlarının həcmini dəyişməli idi. İndi isə bu məsələdə baş bank demək olar ki, sərbəstdir. MB-nin kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunur. Mərkəzi Bankın nizamnamə kapitalı isə ödənilməli səhmlərin ümumi nominal dəyərinin minimum miqdarıdır. Əvvəllər MB-nin aktivlərinin məbləği onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. İndi isə qiymətli kağızlar vasitəsi ilə borclanacaq. Nəticədə Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir. Bu dəyişikliyin digər müsbət tərəfi odur ki, qiymətli kağızlar bazarına müdaxilə bu bazarın inkişafına müsbət təsir göstərməkdədir. Göründüyü kimi, son dövrlər qanunvericilikdə həyata keçirilən dəyişikliklər də maliyyə-monetar stabilliyi qorumaqdadır. Qanunverici bazanın daha da təkmilləşdirilməsi məhz ölkəmizdə daha çevik məzənnə siyasətinin həyata keçrilməsinə imkan yaradıb”.
V.Bayramov bildirib ki, milli valyutamızın möhkəmlənməsini şərtləndirən əsas səbəb məhz ölkəmizdə həyata keçirilən düzgün iqtisadi siyasətdir. Belə ki, 2015-ci ilin birinci yarısının iqtisadi yekunlarını birmənalı şəkildə müsbət qiymətləndirmək lazımdır. Öncədən proqnozlaşdırıldığı kimi, Azərbaycan bütün makroiqtisadi göstəricilər üzrə artıma nail ola bildi. Qeyri-neft sektorundakı artım tempinin ümumi daxili məhsuldakı artım tempini 2 dəfədən artıq üstələməsi də məhz iqtisadiyyatdakı inkişafın neftdən kənar sektorlar hesabına baş tutduğundan xəbər verir. “Qonşu ölkələrdə və dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmiz bu ilin birinci yarısını uğurla başa vurdu. Bu isə ölkəmizdə həyata keçirilən uğurlu monetar və məzənnə siyasəti üçün yalnız iqtisadi deyil, həmçinin, institusional və maliyyə bazası yaratmaqdadır. Bu baxımdan, manatın məzənnəsinin möhkəmliyi, bir sıra xarici valyutalara nisbətən möhkəmlənməsi və milli valyutamıza inamın artması məhz cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir. Nəticədə, milli valyutamız nəinki öz mövqelərini qoruyub saxlayır, eyni zamanda, Rusiya və Avropa Birliyi kimi aparıcı dövlət və qurumların pullarına nisbətən güclənməkdədir. Ölkəmizdə əldə edilən iqtisadi uğurlar monetar-maliyyə siyasəti üçün uzunmüddətli özül formalaşdırıb”, - deyə iqtisadçı ekspert vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

