Sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir
14.08.2015 [10:38]
Vergilər Nazirliyi sahibkarların məlumatlandırılması işinin günün tələbləri səviyyəsində qurulması üçün elektron informasiya məkanından geniş istifadə edir
Dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutan Azərbaycanda sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir daha vurğulayıb ki, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.
Bir sözlə, ölkəmizdə sahibkarlar dövlət başçısının hərtərəfli qayğısı ilə əhatə olunublar. Son illərdə Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada həyata keçirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və bu qəbildən olan digər tədbirlər nəticəsində respublikada güclü özəl sektor formalaşıb.
Öz növbəsində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutan Vergilər Nazirliyi də sahibkarların məlumatlandırılması işinin günün tələbləri səviyyəsində qurulması üçün elektron informasiya məkanından geniş istifadə edir. Vergilər barədə məlumat bazasının yaradılması, vergi orqanları ilə vergi ödəyiciləri, həmçinin vətəndaşlar arasında interaktiv əlaqələrin intensivləşdirilməsi və genişləndirilməsi bu məqsədlərə xidmət edir. Hazırda vergi ödəyicilərinin nazirliyin www.taxes.gov.az rəsmi internet saytı vasitəsilə vergilər naziri ilə birbaşa əlaqə yaratmaq, vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı və vergi orqanı əməkdaşlarının fəaliyyəti ilə əlaqədar saxtakarlıq və ya korrupsiya halları, eləcə də, sahibkarlıq fəaliyyətində vergi qanunvericiliyi ilə əlaqədar hüquq pozuntuları barədə Vergi Apellyasiya Şurasına müraciət etmək və video-qəbuldan yararlanmaq imkanları var. “Facebook” sosial şəbəkəsində isə Vergilər Nazirliyinin Azərbaycanın vergi sisteminin təbliği ilə bağlı geniş məlumat bazası yerləşdirilib. Hətta vergi ödəyicilərinin mobil telefonlarına belə vergilərlə bağlı informasiyalar göndərilməklə onlar vaxtında məlumatlandırılır.
Vergi ödəyicisi və ya hər hansı vətəndaş Vergilər Nazirliyinə müraciət ünvanladığı halda ona 3 gün müddətində ilkin cavab məktubu göndərilir. Həmin məktubda müraciətin icraata qəbulu, ona hansı idarədə və ya şöbədə, hansı əməkdaş tərəfindən baxıldığı, həmin əməkdaşın əlaqə nömrələri öz əksini tapır. Beləliklə, vətəndaş öz müraciətinin icra vəziyyətinə nəzarət imkanı əldə edir. Həmçinin, vergi ödəyiciləri onları narahat edən vergi məsələləri ilə bağlı 195 Çağrı Mərkəzindən günün 24 saatı ərzində məlumat ala bilirlər. Müraciətinə verilən ilk cavabdan razı qalmayan vergi ödəyicisinin Vergilər Nazirliyinə ünvanladığı təkrar müraciətinə isə Vergi Apellyasiya Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə mütəmadi olaraq regionlarda sahibkarlarla və sahibkarların ictimai təşkilatları ilə müxtəlif mövzularda görüşlər keçirilir, “dəyirmi masa”larda diskussiyalar təşkil olunur. Vergi ödəyiciləri üçün keçirilən “Açıq qapı günü” tədbirlərində ictimai təşkilatların nümayəndələri ilə yanaşı, KİV əməkdaşlarının da yaxından iştirakı təmin olunur. “Vergi klubu”nun yaradılması sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, son illər vergi qanunvericiliyində edilmiş dəyişikliklərin böyük əksəriyyəti sahibkarlıq subyektlərinin inkişafına xidmət edir. Xatırladaq ki, hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialının dövlət qeydiyyatına alınma müddəti 3 gündən 2 günə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınma müddəti isə sürətli elektron dövlət qeydiyyatı zamanı 3 gündən dərhala, adi elektron dövlət qeydiyyatı isə 3 gündən 1 günə qədər azaldılıb. Dövlət qeydiyyatı ilə bağlı inzibati reqlamentlər, qeydiyyat ərizə formaları və onların doldurulma qaydaları, təşkilati-hüquqi formasından asılı olaraq kommersiya qurumlarının nizamnamə və qərar formaları və s. hazırlanıb, hər kəsin istifadə edə bilməsi üçün Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Sahibkarların kommersiya hüquqi şəxs yaratmaq üçün hazırladıqları sənədlərin qeydiyyat orqanına gəlmədən yoxlanılması üçün Vergilər Nazirliyinin rəsmi internet saytında idarənin hüquqşünaslarının elektron ünvanları qoyulub. Bundan başqa, vergi əməkdaşları iş günü ərzində xidməti telefon və elektron poçt vasitəsilə müraciət etmiş şəxslərə geniş məlumatlar verərək onları maraqlandıran bütün suallara ətraflı cavablar verirlər.
Vergi qanunvericiliyindəki dəyişikliklərdə xüsusi diqqət çəkən məsələlərdən biri fiziki şəxslərin gəlir vergisi ilə bağlıdır. Bu dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 30 faizdən 25 faizə endirilib, aylıq və illik gəlirlərin 14 faiz dərəcə ilə vergiyə cəlb edilən məbləğləri müvafiq olaraq 2000 manatdan 2500 manata və 24000 manatdan 30000 manata qaldırılıb. Bununla yanaşı, gəlir vergisi üzrə güzəştlərin həcmi də genişləndirilib. Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.
Əksər ekspertlərin də vurğuladıqları kimi, tətbiq edilən bu vergi güzəştləri və imtiyazlar sayəsində milyonlarla manat vəsait vergi ödəyicilərinin, vətəndaşların sərəncamında qalır, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, vətəndaşların sosial problemlərinin həllinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12

