Azərbaycan ilə San-Marino arasında iqtisadi imkanların perspektivləri müzakirə olunub
09.09.2015 [10:17]
Sentyabrın 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və San-Marino arasında siyasi əlaqələrin inkişaf etdiyini, iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb, səfər çərçivəsində iki ölkə arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması, diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsinə dair sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib. Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi isə razılaşdırma mərhələsindədir. İş adamları arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayan Şahin Mustafayev imzalanmış sənədlərin və qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd edib, kənd təsərrüfatı, sənaye, neft-kimya, turizm, İKT və alternativ enerji sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
İqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, dünyada etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçılarından olduğunu qeyd edib.
Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin regional inkişafa əsas maneə olduğunu bir daha diqqətə çatdırıb.
Paskal Valentini qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəsinin inkişaf edən Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. P.Valentini iqtisadi sahədə ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, San-Marinonun turizm, İKT və infrastruktur sahələrinə investisiya qoyuluşu imkanlarını qeyd edərək, ölkəsinin iqtisadiyyatına dair məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

