Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir
01.10.2015 [10:35]
Ölkəmizin iqtisadi nailiyyətləri, həyata keçirilən səmərəli iqtisadi siyasət nüfuzlu beynəlxalq qurumlar tərəfindən təqdir edilir
Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Ümumiyyətlə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, praqmatik iqtisadi siyasətin nəticəsi kimi əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış etməkdədir. Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji faktorlar qismində çıxış edir. Eyni zamanda, Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir. Ölkəmiz beynəlxalq miqyasda iqtisadi subyektlərin, eləcə də milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış etməkdədir.
Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı əhalinin gəlirlərinin artmasında ifadə olunur. Ümumilikdə, aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edib. Ümumiyyətlə, ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli hazırda dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan hökuməti hər bir vətəndaşın həyatında əhəmiyyətli dəyişikliklərlə müşayiət olunan islahatları gerçəkləşdirmək üçün kifayət qədər maliyyə potensialına və üstün siyasi iradəyə malikdir.
Yeri gəlmişkən, Dünya Bankı Azərbaycanla bağlı yeni hesabat açıqlayıb. Hesabata əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50 faizindən 2013-cü ildə 5 faizinə qədər azalıb və bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4 faizindən 29 faizinə qədər böyüməsi ilə müşayiət olunub. Beləliklə, orta təbəqənin xüsusi çəkisi bir neçə dəfə artıb və ifrat yoxsulluq demək olar ki, aradan qaldırılıb.
Bu nailiyyətlər, ildə orta hesabla 13 faiz təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunub. Qeyd edilir ki, cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.
Qeyd edək ki, Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar daha bir nüfuzlu beynəlxalq qurum tərəfindən də təsdiqlənib. Dünya İqtisadi Forumunun (“World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb. Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb. Beləliklə, Azərbaycan yenə də dünyanın ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkəsi arasındadır.
Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Nəzərə almaq lazımdır ki, bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyi, xüsusən Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığı bir dövrdə əldə edilib.
Beləliklə, Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf və təqdir edilir. Bu isə ölkəmizin pozitiv beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə mühüm töhfədir.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

