“Qiymətli kağızlar bazarı haqqında” yeni Qanun ictimaiyyətə açıqlanıb
07.10.2015 [10:05]
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə oktyabrın 6-da Bakıda “Qiymətli kağızlar bazarı haqqında” yeni Qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə qiymətli kağızlar bazarı üzrə dövlət siyasətini formalaşdıran QKDK-nın rəhbər vəzifəli şəxsləri, ölkənin bank və maliyyə sektoru üzrə ixtisaslaşmış dövlət və özəl qurumları, maliyyə vasitəçiləri, həmçinin Dünya Bankı və aparıcı beynəlxalq donor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Komitənin sədr müavini İlqar Muradov Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf tarixinə nəzər yetirərək, iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar dalğasının qiymətli kağızlar sahəsindən də yan keçmədiyini və bu seqmentin tərəqqisinə yönəlmiş ardıcıl və düşünülmüş addımların sözügedən sferada dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. İ.Muradov qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsinə töhfə vermək məqsədilə kompleks tədbirləri nəzərdə tutan “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqraminin icrasinin uğurla davam etdiyini və bu çərçivədə 2015-ci il iyulun 14-dən qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” Qanunun bazar risklərinin etibarlı idarə edilməsi üçün zəruri mexanizmlərin formalaşmasına xidmət edəcəyini vurğulayıb.
Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina QKDK-nın Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kapital bazarlarının müasirləşdirilməsi layihəsinin” Azərbaycan qiymətli kağızlar bazarında aparılan islahatların dinamizminin yüksəlməsinə xidmət etdiyini bildirib. A.Priqojina beynəlxalq təcrübədən yararlanmaqla hazırlanmış qiymətli kağızlar qanunvericiliyinin bazarda səmərəliliyin və keyfiyyətin yüksəldilməsinə yeni imkanlar açacağına əminlik ifadə edib və təmsil etdiyi qurumun QKDK ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu qeyd edib.
Tədbirdə yerli və beynəlxalq ekspertlər “Qiymətli kağızlar bazarında islahatlar: beynəlxalq perspektiv”, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun ticarət infrastrukturuna təsiri”, “Yeni hüquqi mühitdə maliyyə vasitəçiliyi”, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun maliyyə sisteminin tənzimlənməsində rolu” mövzularında çıxış ediblər.
Sonra QKDK-nın hüquq şöbəsinin müdiri Kamran Babayev “Qiymətli kağızlar bazarı haqqında” Qanunun təqdimatını edib. Təqdimat zamanı qəbul olunmuş qanunda bazar iştirakçılarına münasibətdə müəyyən edilən bir sıra yeni tələblər, investisiya şirkəti anlayışı, investisiya xidmətlərinin təsnifatı ətraflı izah olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04

