Vergi Məcəlləsində dəyişikliklər müzakirə edilib
17.10.2015 [13:13]
Oktyabrın 16-da Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişafından, Vergi Məcəlləsində dəyişikliklərin vacibliyindən danışıb. Bildirilib ki, bu dəyişikliklər sadələşdirməni artırmaq, vergi mədəniyyətini yüksəltmək, inzibatçılığı təkmilləşdirmək, sahibkarlığın inkişafına dəstək vermək məqsədini daşıyır.
İclasda vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsində dəyişikliklərdən danışıb. Nazir bildirib ki, bu dəyişikliklərin əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və büdcə daxilolmalarının artımına yönəlib. Təqdim edilən Vergi Məcəlləsi və ona əlavə olunan qanunvericilik aktlarında dəyişikliklər oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu vəzifələr və eyni zamanda, biznes mühitinə verdiyi tövsiyələr ruhunda hazırlanıb.
Fazil Məmmədov deyib ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi məqsədilə Məcəllənin 102.1.6-cı maddəsinə dəyişiklik edilməsi təklif olunur. Qeyd edilən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əmək haqlarının leqallaşmasını da təşviq edəcək. 2012-ci il yanvarın 1-dən qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azad edilib. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafının stimullaşdırılması ilə nəticələnib. Bu da həmin sahədə əldə edilən uduşların vergiyə cəlb edilməsini zəruri edir. Qanun layihəsinə əlavə edilib ki, idman mərc oyunlarından əldə olunan uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.
Diqqətə çatdırılıb ki, son illər ölkəmizdə İKT sahəsində əldə edilmiş nailiyyətlər sırasında “Azerspace-1” telekommunikasiya peykinin uğurla orbitə çıxarılmasının xüsusi yeri var. Dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada “Azərkosmos” ASC kimi yeni bazar iştirakçılarına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Qanun layihəsində peykin və digər kosmik obyektlərin əmlak vergisindən azad edilməsi təklif olunur. Layihədə məhsul ötürən kəmərlərin əmlak vergisinə cəlb olunması təklif edilir.
Bildirilib ki, qanun layihəsi ilə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Layihəyə əsasən ticarət fəaliyyəti ilə məşğul olan şəxslər əldə edilən ümumi hasilatın həcmindən 6 faiz, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergini ödəməlidirlər. Qanun layihəsində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur. Həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.
Qeyd edilib ki, layihəyə aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək maddəsi əlavə edilib.
Nazir F.Məmmədov digər dəyişikliklər barədə də məlumat verib.
İclasda maliyyə nazirinin müavini Azər Bayramov, Milli Məclisin deputatları çıxış edərək dəyişikliklərin vacibliyindən danışıb, bunun sahibkarlığın inkişafına töhfə verəcəyini söyləyiblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

