İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib
17.10.2015 [13:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin 9 ayında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı bu ilin doqquz ayında da davam edib. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin 9 ayında ümumi daxili məhsul 3,7 faiz artıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68 faizi ötüb, sənaye istehsalında 2,1 faiz, qeyri-neft sənayesində 10,4 faiz, kənd təsərrüfatında 6,7 faiz, ümumilikdə qeyri-neft sektorunda 6,4 faiz artıma nail olunub. Ölkə iqtisadiyyatına 16 milyard manat həcmində investisiya qoyulub, əhalinin gəlirlərində artım meyilləri davam edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əmək haqqı 4,4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi, ərzaq təhlükəsizliyi üçün əlavə tədbirlərin görülməsi, nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin artırılması və tranzit daşımalarında prosedurların sadələşdirilməsi, turizmin inkişafı, yeni iş yerlərinin açılması və s. barədə tapşırıqlar verib.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə kollegiyanın sədri bildirib ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Hazırda Neftçala Sənaye Məhəlləsində geniş infrastruktur şəbəkəsinin yaradılması işləri aparılır və sənaye məhəlləsi gələn ilin birinci yarısında fəaliyyətə başlayacaq.
Dövlət başçısının tapşırığına uyğun olaraq, nazirlik tərəfindən ölkənin digər regionlarında da yerli potensial nəzərə alınmaqla sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı bir daha sahibkarlığın inkişafının prioritetliliyini vurğulayıb, bu sahədə əlavə tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması, yoxlamaların tənzimlənmə mexanizminin işlənməsi, sahibkarlıq subyektlərinə əsassız müdaxilənin qarşısının alınması, lisenziyaların sayının azaldılmasına dair tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması barədə qərar qəbul edilib. İstehlak bazarına nəzarət inzibati məsuliyyət yaratmayan mexanizmlərdən (müşahidə, təhlil, nümunə müayinələri, baxış və s.) istifadə olunmaqla davam etdiriləcək. Yoxlamalar yalnız daxil olan məlumatlar əsasında iqtisadiyyat və sənaye naziri ilə razılaşdırılmaqla keçirilə bilər.
İclasda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasının sürətləndirilməsi istiqamətində nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Qeyri-neft ixracının artırılması, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, Qazaxıstanın Aktau şəhərində olduğu kimi, digər bölgələrdə də bu cür logistik mərkəzlərin yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında, həmçinin dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr, o cümlədən inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.
İclasda cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04

