/ / Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyası keçirilib
Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyası keçirilib
24.10.2015 [12:22]
Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın mənzil-qərargahının Bakıda yerləşməsinə dair qərar Azərbaycan iqtisadiyyatının, o cümlədən ölkə aviasiyasının dinamik inkişafı ilə bağlıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu Dövlətlərarası Aviasiya Komitəsi (DAK) regionunun ən yaxşı altı aeroportu sırasında yer alır.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın oktyabrın 23-də Bakıda keçirilən 35-ci sessiyasında səsləndirilib.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunmuş sessiyada çıxış edən DAK-ın sədri Tatyana Anodina xatırladıb ki, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın mənzil-qərargahının Bakıda yerləşməsi barədə qərar qurumun 2013-cü ildə Moskvada keçirilmiş sessiyasında qəbul olunub. O, bu qərarı Azərbaycan iqtisadiyyatının, o cümlədən aviasiyanın dinamik inkişafı, Prezident İlham Əliyevin və hökumətin bu sahəyə xüsusi münasibəti ilə izah edib. T.Anodina məlumat verib ki, Bakı Beynəlxalq Aeroportu DAK-ın sertifikatını alıb və 650 aeroport arasında 6 ən yaxşı hava limanlarından biridir.
Baş nazirin müavini Abid Şərifov sessiyanın aviasiyanın inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür, ölkəmiz aviasiya sahəsində 23 beynəlxalq sənədə qoşulub. Baş nazirin müavini Azərbaycanın iqtisadi inkişafından danışaraq vurğulayıb ki, Prezident İlham Əliyev nəqliyyat sektorunun, o cümlədən aviasiyanın inkişafına böyük diqqət və qayğı göstərir, bununla bağlı bütün infrastruktur yenilənir.
Abid Şərifov məlumat verib ki, son 10 ildə ölkənin nəqliyyat sektoruna 15 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Azərbaycanda 4 yeni aeroport tikilib, aviasiya tam modernləşdirilir və aviapark müasir avialaynerlərlə yenilənir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalına 2014-cü ildə 4 ulduz statusu verilib.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Olumuiva Benard Aliu bildirib ki, o, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın sessiyasında ilk dəfədir iştirak edir. Rəhbəri olduğu təşkilat Dövlətlərarası Şura ilə əməkdaşlığa böyük önəm verir və genişlənən əlaqələr hava məkanının təhlükəsizliyinə müsbət təsir göstərir. ICAO prezidentinin sözlərinə görə, hava nəqliyyatından ildə 3,5 milyard sərnişin istifadə edir, 15 ildən sonra bu rəqəm iki dəfə artacaq. “Biz gözlənilən bu sərnişin axınına artıq indidən hazırlıq görməliyik”, - deyə Olumuiva Benard Aliu vurğulayıb.
Sessiyanın işində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Hava Məkanından İstifadə haqqında Sazişin iştirakçısı olan dövlətlərinin xarici işlər və nəqliyyat nazirliklərinin, mülki aviasiya xidmətlərinin, aviasiya müəssisələrinin, təhsil və elmi mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04

