Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib
05.12.2015 [11:16]
Dekabrın 4-də Bakıda Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib. İclasda “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, iclasa Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, energetika naziri Natiq Əliyev və Qazaxıstan tərəfdən isə həmsədr, bu ölkənin energetika naziri Vladimir Şkolnik başçılıq ediblər. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasındakı siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Qeyd edilib ki, bu əlaqələrin inkişafında Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyası təqdirəlayiq fəaliyyət göstərir.
İclasda Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. İki ölkə arasında iqtisadi sahə ilə yanaşı mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın olduğu qeyd edilib.
Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Vladimir Şkolnik tərəfindən Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclasının Protokolu imzalanıb.
Sonra iclasın yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, energetika naziri Natiq Əliyev deyib ki, iclasda iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyəti müzakirə edilib. Həmçinin, iclasda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, xüsusən də iki ölkə arasındakı nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Komissiyanın Qazaxıstan tərəfindən həmsədri Vladimir Şkolnik isə bu vaxta kimi iki ölkə arasında 100-dən çox rəsmi sənədin imzalandığını xatırladıb. Bildirib ki, həmin sənədlərin əksəriyyəti neft-qaz və enerji sektorunu əhatə edir. V.Şkolnik iki ölkənin kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə də əməkdaşlığının genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılmış İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının indiyədək 11 iclası keçirilib. Komissiyanın fəaliyyət dövrü iki ölkə arasında ticari-iqtisadi, yanacaq-enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm, ətraf mühit, rabitə və yüksək texnologiyalar, eləcə də digər sahələrdə əlaqələrin daha da genişləndirilərək dərinləşməsinə töhfə verib.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

