Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Azərbaycan Hava Yolları” Bakı-Barselona-Bakı reysini bərpa edir

“Azərbaycan Hava Yolları” Bakı-Barselona-Bakı reysini bərpa edir

30.01.2016 [10:17]

“Azərbaycan Hava Yolları” (AZAL) iyunun 18-dən Bakıdan İspaniyanın Barselona şəhərinə müntəzəm reysləri bərpa edəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:45-də olacaq. Barselonadan uçuş - yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq Aeroportuna enmə - Bakı vaxtı ilə saat 19:10-dadır.
Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.
Bakı-Barselona-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu “Airbus A319” laynerləri ilə həyata keçiriləcək.
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı http://www.azal.az/az/azal-miles. linkində əldə etmək olar
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80; *8880 telefon nömrələri və callcenter@azal.az elektron ünvanı ilə əlaqə saxlamaq mümkündür.

Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31