Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri 122 manat/1000 kubmetr səviyyəsində proqnozlaşdırılır

Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri 122 manat/1000 kubmetr səviyyəsində proqnozlaşdırılır

10.12.2016 [11:37]

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft-Qaz Çıxarma İdarələri üzrə 2015-ci ildə 1 000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1 000 kubmetr təşkil edib.
Bu barədə “Report”un sorğusuna cavabında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 52,02 manat olub: “Beləliklə, 2015-ci ildə SOCAR üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri 108,31 manat/1000 kubmetr səviyyəsində formalaşıb”.
N.Quliyev həmçinin qeyd edib ki, bu ildə NQÇİ-lər üzrə 1 000 kubmetr qazın hasilat xərci 55,16 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi 99,15 manat/1000 kubmetr, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 53,97 manat olmaqla satışa buraxılan təbii qazın orta maya dəyəri 140.42 manat/1 000 kubmetr təşkil edib.
Onun sözlərinə görə, həmin göstəricilər 2017-ci il üzrə müvafiq olaraq 49,2, 93,71, 47,95 və 121,88 manat səviyyəsində proqnozlaşdırılır.

Paylaş:
Baxılıb: 773 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31