/ / Nərimanov rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Nərimanov rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
10.02.2018 [01:05]
Fevralın 9-da Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
İclası giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlətimizin başçısının dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib. A.Fərzəliyev cari il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətinin öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirərək rayonda fəaliyyət göstərən seçki dairə və məntəqələrinin maddi-texniki vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq işlərin görüldüyü barədə məlumat verib. O, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin daha da inkişafı naminə aparılan ardıcıl və köklü islahatların xalqımızın böyük etimadına, ruh yüksəkliyinə səbəb olduğunu, vətəndaşların seçkilərdə fəal iştirakına zəmin yaratdığını qeyd edib, hər zaman olduğu kimi, qarşıdan gələn seçkilərin də bütün respublikada, eləcə də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə və ölkəmizin dinamik inkişafına yeni bir ruh verəcəyinə əminliyini ifadə edib.
Hesabat məruzəsi ilə çıxış edən A.Fərzəliyev respublikamızda aparılan sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb. Rayonda geniş vüsət alan pilot layihələrə toxunan natiq hesabat dövrü ərzində qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin təkliflərinin nəzərə alınaraq, Nazirlər Kabinetinin rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarından irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Beləliklə də, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasını nəzərdə tutan genişmiqyaslı layihə üzrə rayon ərazisində yerləşən 14 ünvanda artıq tikinti işlərinə başlanılıb, 6 ünvanda sakinlərin köçürülməsi prosesi başa çatmaq üzrədir, 16 ünvanda isə sənədləşdirmə işləri davam etdirilir.
Qeyd edilib ki, mənzil kommunal şəraitlərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olan bu layihələri dəstəkləyən, böyük ruh yüksəkliyi ilə qarşılayan sakinlər 2018, 2019 və 2020-ci illərdə tam kommunal şəraitli, təmirli mənzillə təmin olunmaqla bu vacib dövlət tədbirinin nəticələrindən bəhrələnəcəklər. İcra Hakimiyyətinin başçısı ölkə xaricində həyata keçirilən geniş layihələrdən danışarkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzinin beşmərtəbəli binasının layihəyə uyğun olaraq artıq tikilib hazır vəziyyətə gətirildiyini, həmçinin ötən ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan İş Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan vilayəti tərəfindən inşa ediləcək Həştərxan İş Mərkəzinin təməlqoyma mərasiminin keçirildiyini qeyd edib, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, millət vəkili Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, Nərimanov rayon prokuroru Vüqar Əliyev, rayon Məşğulluq Mərkəzinin direktoru Nahid Şəmşirov, Bakı şəhər 5 saylı klinik xəstəxanasının baş həkimi Fazil Alməmmədov və “Tərəqqi” Liseyinin direktoru Nasim Abışov ölkədə geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirib, vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, həyata keçirilən sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışından irəli gələn qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün rayondakı idarə və müəssisə rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2017-ci ildə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

