Pərviz Şahbazov: TAPI təkcə iştirakçı dövlətlərə yox, bütün regionun rifahına xidmət edəcək
27.02.2018 [10:01]
Bir neçə gün əvvəl Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin Əfqanıstan sahəsinin tikintisinin təməli qoyulub. Türkmənistanda keçirilən təməlqoyma mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Nazir AZƏRTAC-ın tədbiri işıqlandırmaq üçün Sərhətabada ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- Azərbaycanın TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsi ilə bağlı mövqeyi necədir? Onun iştirakçı ölkələr və ümumən region üçün əhəmiyyətini necə dəyərləndirərdiniz?
- Düşünürəm ki, diversifikasiya həm istehsalçı ölkələr, həm istehlakçı ölkələr üçün çox önəmlidir. Bu gün dörd dövlət - Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan birlikdə bu böyük regional layihəni həyata keçirirlər. Sözsüz ki, bu, həmin dövlətlərin xeyrinə olacaq: iqtisadiyyatın inkişafına xidmət edəcək, insanların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Yəni, layihədən ilk növbədə həmin dörd dövlət bəhrələnəcək. Fikrimcə, bu, eyni zamanda, təkcə həmin dövlətlərə yox, bütün regionun rifahına xidmət edə biləcək bir layihədir. Burada bir neçə qonşu dövlətin nümayəndələri ilə söhbət etdim. Gələcəkdə bu layihəyə bir sıra başqa ölkələrin də qoşulması nəzərdə tutulur.
- Avropa İttifaqı türkmən qazında maraqlıdır və bu boru xəttinin Cənub Qaz Dəhlizinə qoşulması üçün Türkmənistanla danışıqlar aparır. Bu, nə dərəcədə realdır?
- Bu barədə danışıqlar artıq uzun müddətdir gedir, bununla bağlı xüsusi formatlar var. Bu formatdan biri də Avropa İttifaqının Türkiyə, Azərbaycan və Türkmənistanla birgə apardığı bir sıra danışıqlardır. Bilirsiniz ki, Cənub Qaz Dəhlizinin tikintisi uğurla davam edir, hətta qrafiki qabaqlayır. Artıq layihə yekun fazasına daxil olur. Son zamanlar Türkmənistanın da bu layihəyə marağı artıb. Bir müddət əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevin iştirakını bu marağın göstəricisi saymaq olar. Onun tədbirdəki çıxışında da layihəyə maraq əyani şəkildə göründü. Bu, çox müsbət haldır. Həm Azərbaycan, həm Türkmənistan qonşu dövlətlər olaraq enerji sahəsində bir sıra fəaliyyət həyata keçirən dövlətlərdir.
Hazırda biz Türkmənistanla uğurlu əməkdaşlıq edirik. Məsələn, türkmən nefti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə Avropaya nəql olunur. Bir sıra maraqlı layihələrimiz də var. Düşünürəm ki, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları kifayət qədər realdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

