“AzerGold” geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirir
11.04.2018 [11:05]
“AzerGold” QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini uğurla başa çatdırıb.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, nəticədə “AzerGold” QSC əlvan metalların hasilatını əhəmiyyətli dərəcədə artıraraq qeyri-neft ixracının genişlənməsinə önəmli töhfəsini verib. Ölkəmizin başçısının tapşırığı və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi kursa uyğun olaraq “AzerGold” QSC-nin hədəfi yaxın gələcəkdə bır sıra mədənləri istismara verməklə dağ-mədən sənayesinin kompleks inkişafı, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və ölkəyə valyuta axınının təmin edilməsi, regionların inkişafına dəstək, yeni iş yerlərinin açılması və bununla da əhalinin sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə cəmiyyət geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir.
Hazırda “AzerGold” QSC tərəfindən bir sıra yataq və perspektivli ərazilər üzrə kəşfiyyat işləri aparılır. Görülən işlərin məqsədi yeni əlvan metal yataqlarının kəşf edilməsi ilə yanaşı, məlum yataqların resurs və ehtiyatlarının artırılması, hesablanması və təsdiqlənməsidir.
Oksid (yerüstü) mərhələsi çərçivəsində istismarı davam edən Çovdar mədəninin növbəti mərhələsi olan sulfid (yeraltı) mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə həyata keçirilir. Qeyd edək ki, sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə Çovdar yatağından 5-7 kilometr məsafədə yerləşən Ağyoxuş perspektivli qızıl sahəsi aşkarlanıb, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılıb.
Balakən rayonu ərazisində yerləşən Köhnəmədən sahəsində də geniş tədqiqat və kəşfiyyat işləri həyata keçirilir. Ehtiyatlarının həcminə görə Avropanın ikinci ən böyük yatağı hesab edilən və dünya polimetal yataqlarının ilk onluğuna daxil olan Filizçay yatağı üzrə metallurji testlərin, mühəndis-geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanması nəzərdə tutulub. Filizçay yatağında ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən cari ilin ikinci rübündə hazır ediləcək. Köhnə mədənin digər yatağı - Mazımçay yatağında buruq-qazma işlərinin birinci mərhələsi başa çatdırılıb. Alınan nəticələr analiz üçün yerli və xarici laboratoriyalara göndərilib. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrası planlaşdırılır. Qeyd edək ki, Mazımçay mis yatağının resurslarının artırılması və təsdiqlənməsi Filizçay layihəsinin iqtisadi səmərəliliyini artıra bilər.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində 2017-ci ilin dördüncü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanması planlaşdırılır.
2018-ci ildə bütün layihələr üzrə həyata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20,000 metrdən çox təşkil edəcək.
“AzerGold” QSC tərəfindən həyata keçirilən kəşfiyyat işləri yerli peşəkar geoloq və mütəxəssislər tərəfindən, həmçinin beynəlxalq ekspertlərin dəstəyi ilə icra olunur. Geofiziki tədqiqat işləri cəmiyyətin sifarişi ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıq və proqram təminatı vasitəsilə həyata keçirilir ki, bu da məlumatların daha dolğun, düzgün və səmərəli olmasını təmin edir.
Tədqiqat işlərinin uğurla həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, müvafiq yerli və xarici laboratoriyalar, həmçinin dünyanın aparıcı məsləhətçi şirkətləri olan “SRK Consulting” və “Micon International Limited” (Böyük Britaniya) şirkətləri ilə əməkdaşlıq edilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30

