Manat ucuzlaşmayacaq
17.04.2018 [08:50]
“Prezident seçkiləri başa çatdı, bahalaşma başlayacaq!”, “Dollar alın, manat dəyərini sürətlə itirəcək!”, “Pulunuz varsa, qızıla çevirin!”
Sosial şəbəkələrdə bu tipli “xəbərdarlıq”lar yayılır. Özlərini “xalqa canfəşanqlıq edən, vətəndaşları düşünən” kimi qələmə verməyə çalışanlar belə yazırlar. Onların arasında həmişə olduğu kimi, “ey mənim uca xalqım!” idiomasını çeynənmiş saqqıza çevirənlər xüsusi yer tutur.
Onlar inflyasiyanın olacağını yazır, devalvasiyanın qaçılmazlığını vurğulayırlar.
Belədirmi?
Maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət büdcəsinin parametrlərinə yenidən baxılmasını istisna etməyib.
Ölkənin büdcə qanunvericiliyi dövlət büdcəsinin proqnozlarına yenidən baxmağa imkan verir. Fəqət, bu barədə danışmaq hələ tezdir.
Səbəb yetərincə sadədir: Azərbaycanda makroiqtisadi stabilliyi təhdid edə biləcək, manatın azad konvertasiya olunan valyutalara, xüsusilə də ABŞ dollarına, avroya və Britaniya funtuna, habelə Rusiya rubluna olan kursunu əhəmiyyətli şəkildə dəyişə biləcək risklər yoxdur.
Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsinin bu il üçün gəlirləri 20,127 milyard manat, xərcləri isə 21,47 milyard manat səviyyəsində təsdiqlənib. Yəni dövlət büdcəsinin kəsiri 920 milyon manat və ya ümumi daxili məhsulun 1,3 faizi səviyyəsində proqnozlaşdırılıb.
Büdcə dünya bazarlarında xam neftin 1 barrelinin 45 dollarlıq qiyməti əsasında hesablanıb.
Beynəlxalq “Fitch Ratings” reytinq agentliyi isə bəyan edib ki, bu il Azərbaycanda kreditlərə tələbat artacaq. Kreditləşmənin artması yüksək kapitallaşma və likvidliyə malik banklarda daha sürətli olacaq.
Fundamental risklər qalsa da, stabilləşmə aşkardır.
Məsələn, Azərbaycanın bank sektorunda kapital əmsalı MDB məkanında ən yüksək səviyyələrdən birinə malikdir. Belə ki, ilkin mərhələ kapitalı 18 faizdir. Kapitalın adekvatlığı da elə bu göstəriciyə bərabərdir.
İndi gələk devalvasiya məsələsinə.
Azərbaycanda milli valyutanın qızıl standart şərtində qızılla dəyərinin aşağı düşməsi və bununla da hakimiyyət dairələrinin manatın kursunu yenidən müəyyənləşdirərək aşağı salmasına indi heç bir səbəb yoxdur.
Nə obyektiv, nə subyektiv.
Mərkəzi Bank real valyuta kursunu aşağı salmağa yönəlmiş iqtisadi siyasətin yürüdülməsinə ehtiyac duyulması barədə bəyanat yaymayıb.
Milli valyutanın üzən kursu şəraitində manatın dəyərinin birbaşa rəsmi təyinatı olmur. Bu səbəbdən də manatın devalvasiyası üçün bilərəkdən ucuzlaşdırma ilə bağlı hər hansı hazırlıq olsa belə, bu prosesin təzahür amillərini pərdələmək, sadəcə, mümkün deyil.
İnflyasiyaya gəldikdə isə, sosial şəbəkələrdə “haray” çəkənlər iqtisadi proseslərlə bağlı diletant açıqlamalar verirlər. Onlar inflyasiya ilə devalvasiyanı səhf salırlar. Halbuki, inflyasiya yerli məhsul bazarında milli valyutanın alıcılıq qabiliyyətini səciyyələndirən amil, devalvasiya isə milli valyutanın xarici valyutalarla müqayisədə alıcılıq qabiliyyətidir.
Ona görə də Azərbaycanda inflyasiya və devalvasiya yoxdursa, onların barəsində danışmağın, müzakirələr açmağın özü məntiqsizlikdir.
Çünki Azərbaycanın ÜDM həcmi bu ilin yanvar-fevral aylarında 11,54 milyard manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Adambaşına düşən ÜDM 1178,7 manata çatıb.
Bununla yanaşı, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun payına düşən ÜDM də 2,3 faiz artıb.
Azərbaycanın ümumi daxili məhsulunun 48,3 faizi (təqribən 5,57 milyard manat) sənayenin, 6,2 faizi (715,57 milyon manat) inşaatın, 2,7 faizi (311,62 milyon manat) meşə, kənd və balıqçılıq təsərrüfatlarının hesabındadır.
Orxan Hun
Milli.Az
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

