Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İbrahim Alışov: Bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur

İbrahim Alışov: Bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur

18.04.2018 [09:07]

Nəzarət orqanı olaraq, bizim müşahidələrimiz göstərir ki, son bir həftə ərzində Rusiya və Türkiyədə xarici valyuta məzənnələrinin milli valyutaya nisbəti Azərbaycanda psixoloji gərginlik yaratmaqda idi. Amma apardığımız təhlillər əsasında deyə bilərik ki, bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bankları və onların filiallarını, həmçinin satış nöqtələrini kifayət qədər nağd valyuta ilə təmin edib.
“Bu, sadəcə psixoloji amillə bağlıdır. Valyuta alışlarını ən çox əhali qrupu həyata keçirir. Hesablamalara görə, son bir həftədə ortalama valyuta alışı adambaşına təxminən 800-1300 dollar olub. Bu isə onu deməyə əsas verir ki, vətəndaşların narahatlığına heç bir makroiqtisadi əsas yoxdur”, - deyə İ.Alışov vurğulayıb.

Paylaş:
Baxılıb: 764 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30