İsveçdə iqlim risklərinə qarşı mübarizə dayandırılır
31.10.2025 [15:32]
İsveç hökuməti iqlim uyğunlaşma proqramlarının maliyyələşdirilməsini dayandırdıqdan sonra regional administrasiyaların əksəriyyəti ölkəni təbiət hadisələrindən qorumaq üçün işləri dayandırmaq məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, “Dagens Nyheter” nəşrinin araşdırması göstərib ki, bu məsələlərlə məşğul olan mütəxəssislərin üçdə ikisi işdən çıxarılıb, onlarla layihə ixtisar edilib.
Ləğv edilmiş təşəbbüslər arasında dik yamaclarda meşələrin qırılması ilə bağlı risklərin xəritələşdirilməsi də var idi ki, ekspertlər onların güclü yağışlar zamanı dağıntı ehtimalını artırdığını qeyd edirlər.
Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və getdikcə daha çox baş verən ekstremal hava hadisələri qarşısında bu cür proqramların kəsilməsi ölkəni daha həssas edir.
“Dagens Nyheter”in məlumatına görə, ölkənin səkkiz bölgəsi iqlim uyğunlaşması üzrə mütəxəssislərdən tamamilə məhrum olunub. Yalnız Yönçöpinq administrasiyası öz vəsaitləri hesabına işini davam etdirə bilib. Bir neçə bölgə isə Avropa İttifaqının vəsaitlərindən məhdud maliyyələşdirmə alıb.
“Dagens Nyheter”ə verdiyi müsahibədə iqlim və ətraf mühit naziri Romina Purmoxtari bildirib ki, administrasiyalar öz prioritetlərinə görə məsuliyyət daşıyırlar və qeyd ediblər ki, maliyyələşdirmə olmadan belə iqlim tədbirləri ilə bağlı mandatları qüvvədə qalır. Bu mövqe müxalifət tərəfindən kəskin reaksiyaya səbəb olub.
“Nazirin nəticələrdən təəccüblənmiş kimi davranması məni son dərəcə qəzəbləndirib”, - deyə Sosial Demokratlar partiyası bildirib.
Yaşıllar Partiyası, həmçinin naziri ikiüzlülükdə ittiham edib və vurğulayıb ki, maliyyələşdirməni kəsərək məsuliyyəti administrasiyaların üzərinə ötürmək ciddi deyil.
Müxalifətin fikrincə hökumətin hərəkətləri sürüşmə, daşqın və quraqlıqdan əziyyət çəkə biləcək hər kəsə xəyanətdir.
Bu arada, İsveçdə ekstremal hava hadisələrinin sayı artmaqdadır. Təkcə Skonedə iki il əvvəl baş verən “Babet” fırtınası sahil zonasına 80 milyon krondan (7,3 milyon dollardan çox) çox ziyan vurmuşdu.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

