Azərbaycanda yol infrastrukturunun inkişafına xüsusi diqqət göstərilir
01.05.2018 [09:20]
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi astanasında xalqımızın bütün ümidləri Ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli lider qısa müddət ərzində ölkədə vəziyyəti sabitləşdirdi. Bu da imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun və həmin müddətdən bu günədək Azərbaycan yalnız inkişaf yolu ilə gedir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının növbəti hesabat yığıncağında deyib.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra ərazi üzrə ilk partiya təşkilatının tədbiri agentliyin akt zalında davam etdirilib.
Saleh Məmmədov prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. Sədr ölkənin regionlarında, eləcə də paytaxtda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlətimizin başçısının sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığını və bu istiqamətdə həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisinin, yenidən qurulmasının həcminin ildən-ilə artdığını bildirib.
YAP Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev agentlik üzrə 3 minə yaxın partiya üzvündən təqribən 500 nəfərinin YAP Nəsimi rayon təşkilatının qeydiyyatında olduğunu və təşkilatın idarə-müəssisələrində 25 dayaq məntəqəsinin yaradıldığını nəzərə çatdırıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirərək dövlət agentliyinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. O, YAP adından təşkilata xüsusi diplom təqdim edib.
Dövlət Agentliyinin xüsusi fəallığı ilə seçilən bir qrup gənc əməkdaşı da YAP Nəsimi rayon təşkilatı tərəfindən xüsusi diplomlarla təltif edilib.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31

