/ / Tbilisidə keçirilən beynəlxalq konfransda dayanıqlı inkişaf üzrə Azərbaycan modeli yüksək qiymətləndirilib
Tbilisidə keçirilən beynəlxalq konfransda dayanıqlı inkişaf üzrə Azərbaycan modeli yüksək qiymətləndirilib
30.05.2018 [09:43]
Mayın 28-də Tbilisidə BMT-nin Dayanıqlı İnkişaf Proqramına uyğun olaraq Gürcüstan hökuməti və parlamentinin birgə təşkil etdiyi “Dayanıqlı İnkişaf-2030” beynəlxalq konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanda dayanıqlı inkişafla bağlı görülən işlər, qəbul olunmuş proqram və sənədlər yüksək qiymətləndirilib.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq çıxışı zamanı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün parlament ilə hökumətin əməkdaşlığının vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə Azərbaycanda çox uğurlu addımlar atılıb və gözəl nəticələr var.
O deyib: “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycandakı hökumət-parlament əməkdaşlığı bir sıra ölkələr üçün çox yaxşı nümunədir”.
Konfransda Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, xarici işlər naziri Mixail Canalidze, BMT-nin rezident əlaqələndiricisi Niels Skot və başqaları çıxış edərək dayanıqlı inkişafla bağlı fikirlərini bölüşüblər.
Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov ölkəmizdə dayanıqlı inkişaf, Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də parlament-hökumət əməkdaşlığı barədə məlumat verib, qazanılmış təcrübədən danışıblar.
İki gün davam edəcək tədbirdə dayanıqlı inkişafın əsas istiqamətləri, bu sahədə görülən işlər, eləcə də hazırlanan proqram və layihələr barədə ətraflı məlumat verilir.
Tədbirdə, həmçinin dayanıqlı inkişafa, xüsusilə regionda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında əsas çətinliklərin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, bu prosesə bütün maraqlı tərəflərin cəlb olunması, xüsusilə özəl sektorla parlamentin dayanıqlı inkişaf məqsədlərinə töhfəsi məsələləri müzakirə olunacaq.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev jurnalistlərə müsahibəsində deyib ki, dayanıqlı inkişafa nail olmaq üçün Azərbaycanda çox mühüm işlər görülüb: “Yüksək səviyyəli parlament və hökumət əməkdaşlığı qurulub. Dayanıqlı inkişafın əsas məqsədi BMT-nin minilliyin inkişafına doğru hədəflərinə çatmaqdır. Burada insan haqları, demokratiya, ölkənin iqtisadi inkişafı, hüquqi, siyasi və iqtisadi sahələrdə islahatlar və s. məsələlər nəzərdə tutulub. Azərbaycanda bu istiqamətdə, eyni zamanda, beynəlxalq inteqrasiya ilə bağlı çoxlu işlər görülüb və proses davam edir”.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov isə bildirib ki, Azərbaycanın bu tədbirə dəvət olunmasının əsas məqsədi ölkəmizin təcrübəsini region dövlətləri ilə bölüşməkdir. Azərbaycan 2016-2017-ci illər üzrə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BMT-yə hesabatını təqdim edən birinci ölkədir. Hesabat artıq BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Biz 2019-cu ildə də hesabatı ilk dövlətlərdən biri olaraq təqdim etməyə hazırlaşırıq və bununla əlaqədar BMT-yə müraciət olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

