Bakıda XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı ilə bağlı ziyafət təşkil olunub
30.05.2018 [09:57]
Bakıda XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı ilə bağlı mayın 30-da ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
“Xəzər Neft və Qaz” sərgi və konfransının 25 iliyi ilə bağlı təşkil edilmiş tədbirə qatılmaqdan məmnunluğunu bildirən E.Nikolson Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində Baş nazir Tereza Meyin Prezident İlham Əliyevə ünvanladığı məktubu oxumaqdan şərəf duyduğunu söyləyib. Baş nazirin ikitərəfli əlaqələri alqışladığını deyən E.Nikolson Böyük Britaniyanın Azərbaycanda ən böyük investor olduğunu bildirib: “Hər iki ölkə arasında əlaqələri genişləndirmək üçün potensial var. Neft və qaz dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Birləşmiş Krallıq BP və SOCAR ilə birgə fəaliyyət göstərərək yerli innovasiyaları təbliğ etməkdə mühüm rol oynamağa davam edəcək. Bizim qeyri-neft sektoruna nəzər salmağımız vacibdir. Bu sahələr təhsil, aqrobiznes, pərakəndə satış və digərləridir”.
Azərbaycanın güclü ənənələrə malik ölkə olduğunu söyləyən Nikolson ölkəmizin 100 il əvvəl qadınlara kişilərlə bərabər səsvermə hüququ verdiyini vurğulayıb: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etdik. Bu, Azərbaycanın unikal imkanlara malik olduğunu göstərdi”.
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Cənub Qaz Dəhlizinin icrasında önəmli irəliləyiş əldə edilməsi münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini dəstəkləyib. Biz bu gün qazın Azərbaycandan Türkiyəyə nəqlini, gələcəkdə Avropa İttifaqına çatdırılmasını qeyd edəcəyik. Cənub Qaz Dəhlizi genişlənə bilən sistem vasitəsilə regiondakı ölkələrin birgə işləməsi üçün imkan yaradır. Birləşmiş Ştatlar müxtəlif agentliklər vasitəsilə bu layihəyə güclü dəstək verir. ABŞ layihənin uğurunu təmin etmək üçün dəhliz boyunca yerləşən ölkələrlə birgə işləyəcək.
Azərbaycanda olmasından məmnunluğunu dilə gətirən S.Oudkirk deyib ki, ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malikdir. Enerji təhlükəsizliyinin təyinat məntəqələrinin müxtəlifləşdirilməli olduğunu söyləyən ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Cənub Qaz Dəhlizi ilə Xəzərdə iqtisadi inteqrasiyanın artırılmasına kömək göstərə biləcəklərini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34

