/ / İbrahim Əhmədov: Soçidə imzalanan sənədlər SOCAR-ın Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır
İbrahim Əhmədov: Soçidə imzalanan sənədlər SOCAR-ın Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır
05.09.2018 [09:15]
Ölkə başçısının Rusiyaya rəsmi səfəri zamanı sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələrin gələcək inkişafı üçün müxtəlif sənədlər imzalandı. Həmin sənədlər arasında yer alan SOCAR ilə “Rosneft” arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş, Dövlət Neft Şirkəti və “Rosneft” arasında Kontrakt, eləcə də SOCAR, “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş SOCAR-ın Rusiya enerji şirkətləri və kommersiya təşkilatları ilə birgə fəaliyyəti üçün yeni qapılar açır.
Bu sözləri AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
SOCAR rəsmisi qeyd edib ki, Dövlət Neft Şirkətinin “Rosneft”lə imzaladığı “Qoşadaş” blokunun və Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsinə dair Sazişlə tərəflərin karbohidrogenlərin geoloji kəşfiyyatı, işlənməsi, hasilatı və satışı sahəsində əməkdaşlıq imkanlarını öyrənmək niyyəti təsbit olundu.
“SOCAR-la “Rosneft”in imzaladığı Kontrakt isə Dövlət Neft Şirkətinin Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatını nəzərdə tutur. Bildiyiniz kimi, Azərbaycan öz nefti ilə yanaşı, üçüncü tərəflərin neftini də alır və ya satır. Ötən ayın əvvəlindən “Star” neft emalı zavodunda sınaq məqsədilə xam neft emalına başlanılıb və NEZ-ə ilk xam neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı xam neft çatdırılıb. Lakin hamıya məlumdur ki, “Azeri Light” markalı neft hazırda ən baha neft növlərindəndir. Rusiya xam nefti isə ağır neft olmaqla nisbətən daha ucuzdur. Buna görə də Rusiya mənşəli neft “Star”da emal üçün məqbuldur və daha ucuz olduğuna görə əlavə mənfəət yaradır. Kontraktın şərtlərinə görə, bu ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton Rusiya xam nefti ilə təchiz olunması planlaşdırılır”, - deyə İ.Əhmədov əlavə edib.
O qeyd edib ki, SOCAR-ın “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” ilə imzaladığı Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Sazişin məqsədi Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Sazişə görə, “Qazprombank” tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində SOCAR-ın həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Rusiya İxrac Mərkəzi sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də bu ölkənin kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.
“Qazprombank” və SOCAR uzunmüddətli və strateji əməkdaşlıq qurub. Bu Saziş isə tərəflərin birgə maraqlarına əsaslanır. Bildiyiniz kimi, 2015-ci ildə “Qazprombank” “SOCAR Polymer” layihəsi üçün 10 illik müddətə təxminən 500 milyon ABŞ dolları həcmində kredit ayırıb. İki il öncə isə “Qazprombank” ilə “SOCAR Polymer” arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Yüksək Sıxlıqlı Polietilen zavodu layihəsinin maliyyələşdirilməsini məhz “Qazprombank” həyata keçirib. Hazırda “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon dollar həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır”, - deyə SOCAR rəsmisi qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

