Moldovada Şərab Turizmi üzrə 3-cü Qlobal konfrans keçirilib
11.09.2018 [09:18]
Moldovanın paytaxtı Kişineu şəhərində Dünya Turizm Təşkilatının və Moldova Hökumətinin birgə təşkilatçılığı ilə Şərab Turizmi üzrə 3-cü Qlobal konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə turizm sektorunun sürətlə inkişaf edən sahələrindən biri olan şərab turizminin ölkələrin iqtisadiyyatının inkişafına töhfəsinə və şərabçılığın turizmin digər sahələri ilə əlaqəsinə dair müzakirələr aparılıb.
Tədbiri açan Moldovanın Baş naziri Pavel Filip ölkəsində şərab turizminin inkişafı barədə məlumat verib. Bildirib ki, şərabçılıq sahəsinə dövlət qayğısı nəticəsində bu gün ölkəsi dünyada qabaqcıl yerlərdən birini tutur.
Dünya Turizm Təşkilatının baş katibinin müavini Ceymi Kabal çıxışında turizmin bütün sahələri üzrə inkişafa nail olunduğunu qeyd edərək şərab turizminin əhəmiyyətinə diqqəti yönəldib. O, Şərab Turizmi üzrə Qlobal konfransların keçirilməsinin bu sahənin daha da inkişaf etdirilməsinə xidmət etdiyini bildirib.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, habelə Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov şərabçılığın ölkəmizdə prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıb. A.Məhərrəmov dövlət başçısının diqqət və qayğısı nəticəsində bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların təzahürü kimi şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini, bu məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını xüsusi vurğulayıb.
Qeyd edib ki, ölkədə qəbul edilmiş dövlət proqramları nəticəsində şərabçılığın inkişafı böyük vüsət alıb, “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, həmçinin digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.
Konfransda şərabçılıq sahəsi üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edərək şərab turizminin inkişafı, bu sahədə mövcud problemlər barədə geniş müzakirələr aparıblar.
Dünya Turizm Təşkilatının himayəsi altında şərab turizmi üzrə qlobal konfransların keçirilməsi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq, bu cür konfransların şərab turizminin inkişafına töhfə verdiyi və şərabçılıq sahəsində qabaqcıl dövlətlərin və tanınmış ekspertlərin təcrübəsinin öyrənilməsi baxımından vacibliyi vurğulanıb.
Tədbirdə Şərab Turizmi üzrə 4-cü Qlobal konfransın Çilidə keçirilməsinə dair razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

