Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək
27.09.2018 [09:21]
Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 26-da Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi”nə həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin rəhbəri Rəşad Əzizov qeyd edib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiberidman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq. “İnnovasiyalar həftəsi”ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, həmçinin Azərbaycan Kiberidman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.
Eyni zamanda, “İnnovasiya həftəsi”ndə “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turların qaliblərinin yarışacağı böyük final təşkil ediləcək. “İnnovasiya həftəsi” çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) təşkil ediləcək. Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı, onların müəllifi həm də mükafatlandırılacaq.
Eyni zamanda, Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub.
“İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olacaq. Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək.
Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, mərkəz fəaliyyət göstərdiyi müddətdə digər sahələrlə yanaşı, informasiya-texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bu baxımdan Heydər Əliyev Mərkəzi ölkəmizdə ilk dəfə təşkil olunacaq beynəlxalq “İnnovasiyalar həftəsi”nin tərəfdaşları sırasında da yer alır.
“Keepface” şirkətinin rəhbəri Emin Vəli təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Bakıda yaradılan şirkət hazırda 35 ölkədə fəaliyyət göstərir. “Komandamız qlobal təcrübəli insanlardan ibarətdir, biz dünyada baş verən trendləri tətbiq edərək öz platformamızı yaratmışıq və sürətlə böyüməkdəyik. Hazırda “Keepface” bazasında 14 mindən çox insan qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin auditoriyası 1 milyard nəfərə yaxındır. Bizim bazadan qeydiyyat keçənlərin sayı genişlənir”, - deyə şirkət nümayəndəsi bildirib.
“FA International Trade Events”in rəhbəri Nail Babayev gələn ay ölkəmizdə keçiriləcək tədbirə mindən artıq iştirakçının qatılacağını deyib. Qeyd edib ki, tədbirin əsas spikeri robot “Sofiya”dır. “Sofiya” robotlaşdırılma, süni intellekt, xüsusi bacarıqların birləşməsi əsasında yaradılmış dünyada ən qabaqcıl insanabənzər robotdur. “Sofiya” sahib olduğu süni intellekt sayəsində sərbəst şəkildə interaktiv dialoqlara daxil ola, fərqli mövzularda məntiqli, analitik həllər təklif edə bilir. Robot kənar müdaxilə olmadan öz sosial şəbəkə hesablarından aktiv istifadə edə, suallara məntiqli cavablar verə bilir.
Tədbirin son günü kontent turun keçiriləcəyini deyən şirkət rəhbəri bildirib ki, tur çərçivəsində influenserlər həm Azərbaycan mətbəxi, həm də Bakının turistik məkanları ilə tanış olub, onunla bağlı kontent hazırlayacaqlar.
Azərbaycan Kiberidman Federasiyasının rəhbəri Ramil Əliyev Azərbaycan Kiberidman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, turnirin məqsədi kiberidmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. “Baku Open Cyber Cup” çərçivəsində döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək. Peşəkar hakimlərin idarə edəcəyi oyunlarda əvvəlcədən qeydiyyatdan keçərək iştirak etmək mümkün olacaq. Turnirin qalibləri isə Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.
Qeyd edək ki, “Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, ADA Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CAMCA network tərəfindən dəstəklənir.
“UBM”, “Leo Burnett Azərbaycan”, “Mediamark”, “Adzone”, “Canvas”, “Times Consulting”, “Alibayov Communication & Consulting”in müxtəlif aspektlərdə kömək etdiyi “Qlobal İnfluenser Günü”nün sponsorları “Astrolabs”, “Azersun”, “Azgranata”, “SATGroup”, “PWC”, “Roof Academy”dir. “Qlobal İnfluenser Günü” tədbirinin biletləri iTicket.az satış məntəqələri və saytında satılır.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17

