BƏƏ-Azərbaycan Ticarət Məclisinin növbəti illik görüşü keçirilib
14.11.2018 [15:04]
Noyabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Alqubaisi BƏƏ-Azərbaycan Ticarət Məclisinin illik görüşünü keçirib. BƏƏ-nin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun nümayəndələrinin, həmçinin hər iki ölkədən olan şirkətlərin təmsilçilərinin və iş adamlarının iştirak etdikləri görüşü giriş sözü ilə açan səfir qeyd edib ki, Ticarət Məclisi 2017-ci ildən bəri iki dövlət – BƏƏ və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verib: "Əgər 2017-ci ilin may ayında ilk iclası keçiriləndə Ticarət Məclisinin 9 iştirakçısı var idisə, bu gün onların sayı 34-dür. Digər tərəfdən, əgər 2017-ci ilin mart ayına qədər iki ölkə arasında uçuşlar həyata keçirən yalnız iki BƏƏ şirkəti var idisə (Fly Dubai və Air Arabia) bu gün artıq üç şirkət uçuşlar keçirir. Qeyd edim ki, üçüncü şirkət, yəni Etihad Hava Yolları şirkəti BƏƏ-nin ikinci ən böyük hava yolları şirkətidir".
İki ölkə arasında iqtisadi əlaqələrin inkişafından bəhs edən səfir deyib ki, 2016-cı ildə BƏƏ-dən Azərbaycana qeyri-neft ixracatının həcmi 49.6 milyon ABŞ dolları olduğu halda, 2017-ci ildə bu rəqəm 60 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, 2016-cı ildə Azərbaycandan BƏƏ-yə qeyri-neft idxalının həcmi 2.9 milyon ABŞ dolları idisə, 2017-ci ildə bu rəqəm 5.4 milyon ABŞ dollarına çatıb.
Azərbaycanın Dubayda keçirilmiş qida sərgisində uğurla iştirak etdiyini, həmçinin BƏƏ şirkətlərinin də Bakıda keçirilən sərgilərdə iştirak etdiklərini deyən səfir onu da bildirib ki, BƏƏ bazarlarında Azərbaycan istehsalı olan təbii şirələrə, mineral sulara, konservləşdirilmiş ərzaq məhsullarına, ət məhsullarına və müxtəlif meyvə çeşidlərinə rast gəlmək olar.
Görüşdə fəxri qonaq qismində iştirak edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Ticarət Məclisinin fəaliyyətini yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

