“AzerTelecom” şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından (Fin Tech) danışıb
28.11.2018 [09:49]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin baş kommersiya Direktoru Samir Nuriyev Bakıda keçirilmiş “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” adlı 9-cu Azərbaycan Mikromaliyyə Konfransı və “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi təqdimatına həsr edilmiş tədbirdə məruzəçi qismində iştirak edib.
Belə ki, konfrans çərçivəsində keçirilmiş “Mikromaliyyələşmənin rəqəmsallaşması: Çətinliklər və imkanlar” adlı sessiyada çıxış edən Samir Nuriyev maliyyə texnologiyaları (FinTech), maliyyə xidmətlərinin rəqəmsal kanallar vasitəsilə təmin edilməsi, Blokçeyn texnologiyasının maliyyə əməliyyatlarında tətbiqi və üstünlükləri barədə danışıb. O dünyada müasir maliyyə texnologiyalarının ölkələrin iqtisadiyyatlarının müxtəlif sahələrində tətbiqindən bəhs edib. Qeyd olunub ki, hazırda dünya miqyasında rəqəmsallaşma fonunda rəqəmsal maliyyə texnologiyalarına sürətli keçid baş verir. Yeni texnologiyaların tətbiqi, müştərilərə göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşması dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynaya bilər.
Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində Azərbaycanda rəqəmsallaşma və mikromaliyyələşmə mövzularında danışıblar. Çıxışlarda maliyyə xidmətlərinə çıxışı olmayan əhali qrupuna xidmət etmək üçün yeni imkanlar, maliyyə institutlarının mobil şəbəkə operatorları ilə əlaqələndirilməsi, rəsmi maliyyə institutlarının bütöv məhsul və xidmətlərini mobil pul agentlikləri vasitəsilə təklif etmək imkanları kimi mövzulara toxunulub, faydalı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 22-23 noyabr tarixlərində keçirilmiş konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
“AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

