Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
24.01.2019 [09:48]
Yanvarın 23-də Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, anlaşma memorandumu qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların obyektləri haqqında qarşılıqlı məlumat mübadiləsi ilə bağlı əməkdaşlığı müəyyən edir.
Memoranduma əsasən, tərəflər fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə, qarşılıqlı məlumat mübadiləsinin aparılması və qida məhsulları sahəsində fəaliyyət göstərən bütün subyektlərin vergiyə cəlb edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. Eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində vergi uçotuna və dövlət qeydiyyatına alınması üçün müraciət edən, o cümlədən vergi uçotuna və dövlət qeydiyyatına alınmış qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə məlumatlandırılması nəzərdə tutulur.
Sənəddə iki qurum arasında əməkdaşlıq formaları, tərəflərin üzərinə götürdüyü öhdəliklər öz əksini tapıb. Əməkdaşlıq çərçivəsində əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş şəxslər, aksizsiz və ya saxta aksizli mallar, habelə məcburi nişanlama tələb edən, lakin nişanlanmamış malların satışının həyata keçirilməsi faktları aşkar edildikdə, həmin hallar barədə qarşılıqlı məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Tərəflər, həmçinin sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək.
Bildirilib ki, qida məhsulları sektorunda birgə əməkdaşlıq vergi və qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

