“Azərsu” Beyrut Beynəlxalq Su Həftəsində təmsil olunub
16.04.2019 [09:26]
“Azərsu” ASC Livanda keçirilən VII Beyrut Beynəlxalq Su Həftəsində təmsil edilib.
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Su Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə “Azərsu” ASC-nin sədri, Dünya Su Şurası İdarə Heyətinin üzvü Qorxmaz Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
2008-ci ildən indiyədək keçirilən Beyrut Su Həftəsi Aralıq dənizi və digər ölkələrlə birgə əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Həftə çərçivəsində bir sıra tədbirlər, o cümlədən Dünya Su Şurası idarə heyətinin 68-ci iclası keçirilib. İclasda Şuranın növbəti 3 illik Fəaliyyət Planı, 8-ci Dünya Su Forumunun son hesabatları, 9-cu Dünya Su Forumuna hazırlıq işləri və digər məsələlər müzakirə olunub.
“Azərsu” ASC-nin sədri Q.Hüseynov Azərbaycanda içməli su təchizatı və sanitariya xidmətləri barədə məlumat verib. Bildirib ki, “Azərsu” ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini təmin edir. Eyni zamanda, su və sanitariya sahəsində layihələndirmə və inşaat işlərini həyata keçirir. 2013-cü ildən Dünya Su Şurasına üzv olan ASC bu təşkilatla sıx əməkdaşlıq edir.
İclasda təşkilati məsələlərə də baxılıb. Dünya Su Şurasına 9 yeni üzvün qəbul olunması müzakirə edilib və müsbət qərar qəbul olunub. Onlardan 2-si - “Caspian Business Management and Consulting” və “Ekol Mühəndislik Xidmətləri” şirkətləri Azərbaycandan quruma yeni üzv seçilib.
“Azərsu” ASC-nin sədri Dünya Su Şurasının prezidenti Lui Fuşon, Beynəlxalq Su Resursları Asossiasiyasının fəxri prezidenti Patrik Lavarde, Mərakeşin İçməli Su və Enerji üzrə Milli Agentliyinin direktoru Abdelrahim El Hafidi, Türkiyə Su İnstitutunun prezidenti Ahmet Saatçi, Portuqaliya Su və Tullantı Su Xidmətləri Asossiasiyasının prezidenti Rui Qodinho, Su üzrə Beynəlxalq Ofisin icraçı direktoru Erik Tardieu, Koreya Su Forumunun meneceri Jiyeon June Lee və digər rəsmi şəxslərlə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

