/ / Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə verilib
Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə verilib
17.04.2019 [10:00]
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunacaq zavodun açılış mərasimində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim, ATÜB-in direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Əliyev, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, “BelAZ” Avtomobil zavodunun baş direktoru Pyotr Parxomçik, “Amkodor” şirkətinin baş direktoru Valeri İvankoviç, “Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat verilib ki, layihə üçün güzəştli şərtlərlə torpaq sahəsi ayrılıb. Türkiyə tərəfi zavodun fəaliyyəti və inkişafı üçün bir sıra imtiyazlar müəyyən edib. Layihənin sərmayə dəyəri 17 milyon ABŞ dolları təşkil edir. Bu vaxta qədər görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin də işləməsi nəzərdə tutulub.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli və Belarusun Baş nazirinin müavini İqor Lyaşenko KİV nümayəndələri qarşısında çıxış edərək zavodun istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu müəssisənin qurulması Azərbaycan, Türkiyə və Belarus arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın xoş təcəssümüdür. Böyük perspektivi olan bu müəssisənin tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli əməkdaşlığı üçün daha ciddi zəmin yaradıb. Əminliklə ifadə olunub ki, istifadəyə verilən zavod rentabelli fəaliyyəti ilə özünü doğruldacaq.
Zavodla tanışlıqdan sonra burada yığılan ilk traktorların sınaq hərəkəti keçirilib.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlər, o cümlədən maşınqayırma sahəsindəki uğurlar barədə geniş məlumat verib. Bildirib ki, 2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu arasında birgə əməkdaşlığa başlanılıb. Müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda yeni yığım xətləri quraşdırılıb və 2007-ci ilin martın 27-də ilk “Belarus 80.1” model traktoru konveyerdən çıxıb.
Bununla yanaşı, 2007-ci ildən Gəncə Avtomobil Zavodunda 3000-ə yaxın “MAZ” avtomobili istehsal olunub. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ” avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir.
Bildirilib ki, Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda mehriban qonşuluq və səmərəli əməkdaşlıq siyasəti yürüdür. Ölkəmiz həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibətlər modeli ortaya çıxarıb.
Qeyd edək ki, aprelin 16-da Ankara şəhərində Türkiyə-Belarus Biznes Forumu təşkil olunacaq. Forumda çərçivəsində gələcəkdə istehsal olunacaq 1221.4 və 1523 modelli “Belarus” traktorlarının təqdimatı da olacaq. Azərbaycan nümayəndə heyəti təqdimatda iştirak edəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

