/ / Xorvatiya iş adamları Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib
Xorvatiya iş adamları Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib
30.04.2019 [10:01]
Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə aprelin 29-da Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Xorvatiya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, indiyədək Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə 22 sənəd imzalanıb. Azərbaycanda Xorvatiya şirkətləri uğurla fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 16 faiz artaraq 250 milyon dollar təşkil edib.
Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən R.Məmmədov beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.
Nazir müavini keçirilən biznes forumun işgüzar dairələr arasında müzakirələrin aparılması, əməkdaşlığın perspektiv sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib. O, Xorvatiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriç Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda iş adamlarının fəal iştirakının qarşılıqlı əlaqələrin inkişafına marağın göstəricisi olduğunu, eyni zamanda, tədbirin əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib. M.Buriç regionun önəmli ölkəsi olan Azərbaycanda Xorvatiya səfirliyinin açılmasının siyasi-iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycan ilə Xorvatiyanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatlar keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

