Azərbaycanla Böyük Britaniyanın ticarət dövriyyəsi birinci rübdə 90 faizədək artıb
23.05.2019 [09:52]
Londonda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib
Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazovun və Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri Corc Hollinqberinin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.
İclasda iqtisadiyyat, ticarət, enerji, vergi və gömrük, kənd təsərrüfatı, qida təhlükəsizliyi, rabitə və yüksək texnologiyalar, nəqliyyat, kosmik, elektron hökumət və rəqəmsal dövlət xidmətləri, təhsil, səhiyyə, turizm, mədəniyyət, gənclər və idman, ekologiya, hərbi və təhlükəsizlik sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirib ki, iki ölkə arasında ötən il ticarət dövriyyəsi 61,1 faiz, cari ilin 3 ayı ərzində isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,6 faiz artıb. Hazırda Azərbaycanda 437 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir və bu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 28 milyard ABŞ dollaradək investisiya yatırılıb.
P.Şahbazov deyib: “Birgə Hökumətlərarası Komissiyanın budəfəki iclası bütün sahələr üzrə potensialı dəyərləndirməyə imkan yaradacaq. Yeni qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri üçün yol xəritəsi müəyyənləşdirəcək. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf siyasəti həyata keçirilir. Bu kurs əməkdaşlığımızın qeyri-neft sektorunda daha da inkişafı üçün zəmin yaradır”.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət Siyasəti üzrə dövlət naziri C.Hollinqberi isə ölkəsinin Azərbaycanla çoxşaxəli əlaqələrinin inkişafında maraqlı olduğunu, bu məqsədlə birgə fəaliyyətin mühüm rol oynayacağını söyləyib.
İclasda ölkələrimiz arasında əməkdaşlıqda neft-qaz sektorunun mühüm rolundan bəhs edilib. Neft-qaz sektorunda hasilat xərclərinin azaldılması, karbohidrogenlərin məhsuldarlığının artırılması, yeni texnologiyaların inkişaf etdirilməsi, eləcə də bərpaolunan enerji, enerji səmərəliliyi enerji əməkdaşlığının gələcək istiqamətləri kimi müəyyənləşdirilib. Ticarət və investisiya üçün daha yaxşı biznes mühitinin yaradılmasında əməkdaşlıq maraqları ifadə edilib. Sumqayıt Kimya və Pirallahı Sənaye Parkları, Dövlət-Özəl Tərəfdaşlığı layihələri əməkdaşlıq üçün yeni imkanlar kimi vurğulanaraq kənd təsərrüfatı, turizm və qeyri-neft sektorunun digər sahələrində də Böyük Britaniya şirkətlərinin iştirakının vacibliyi qeyd olunub.
Bildirilib ki, Birləşmiş Krallıq kənd təsərrüfatı sahəsində təcrübəsini, məhsulların istehsalında texnologiyasını paylaşa, prioritet istiqamətlər üzrə birgə layihələr həyata keçirilə bilər. Müvafiq qurumlar arasında anlaşma memorandumunun imzalanması isə prosesə töhfə verər. Turist və istirahət zonalarının yaradılması və inkişafı üzrə təcrübə mübadiləsinin aparılması, sərgi və biznes-forumlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi vacibdir. Təhsil sahəsində isə hər iki ölkənin ali məktəbləri arasında əlaqələrin genişləndirilməsi, ingilis dilinin tədrisinin təkmilləşdirilməsi, peşə təhsili və digər istiqamətlər üzrə imkanlar nəzərdən keçirilməlidir. Yüksək texnologiyalar, rəqəmsal dövlət xidmətləri, kosmik sahə, nəqliyyat, qida təhlükəsizliyi, həmçinin ekologiya sahələrində əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq istiqamətlərdəndir.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi imzalayıb. Komissiyanın 4-cü iclasının 2020-ci ildə Bakıda keçirilməsi razılaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

