/ / Hesablama Palatası: Toxumçuluğa verilən subsidiyalarla bağlı Qaydaların köklü surətdə dəyişdirilməsi zərurəti var
Hesablama Palatası: Toxumçuluğa verilən subsidiyalarla bağlı Qaydaların köklü surətdə dəyişdirilməsi zərurəti var
04.06.2019 [09:38]
Toxumçuluğa verilən subsidiyalarla bağlı Qaydaların köklü surətdə dəyişdirilməsi zərurəti var.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd edilib. Bildirilir ki, taxıl məhsulunun tərkibi olan buğda və arpa eyni dərəcəli məhsullar olmadığı halda, Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nda buğda və arpa toxumunun istehsal edilərək satışına görə eyni məbləğdə (1-ci reproduksiyalı taxıl toxumuna hər kiloqrama satış qiymətinin 40 faizi həcmində, lakin 0,10 manatdan çox olmamaq şərtilə, 2-ci reproduksiyalı taxıl toxumuna hər kiloqrama satış qiymətinin 30 faizi həcmində, lakin 0,07 manatdan çox olmamaq şərtilə) subsidiya ödənilməsi müəyyən edilib və hazırkı vaxtadək bununla bağlı dəyişiklik olunmayıb. Hətta digər növ kənd təsərrüfatı bitkilərindən fərqli olaraq buğda və çəltik əkini üçün yanacaq və motor yağlarına görə subsidiya ilə yanaşı, hər hektara 40 manat əlavə dövlət yardımı verilir. Bununla yanaşı, rəydə kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda buğda əkin sahəsinin xüsusi çəkisi (payı) 2016-2018-ci illərdə müvafiq olaraq 36,3 faiz, 35,6 faiz və 39,1 faiz, arpa əkin sahəsinin xüsusi çəkisi isə 2016-2018-ci illərdə müvafiq olaraq 21,8 faiz, 19,1 faiz və 19,1 faiz təşkil etdiyi qeyd olunub.
Hesablama Palatası aparılmış təhlillərə əsaslanaraq bildirir ki, bir çox hallarda toxumçuluq təsərrüfatlarında yetişdirilmiş 1-ci reproduksiyalı toxumlar toxumçu olmayan təsərrüfatlara (subyektlərə) satılıb və buna görə dövlət büdcəsindən subsidiyalar ödənilib. Bu isə toxumçuluğun mərhələlər üzrə istehsalının artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə mənfi təsir göstərməklə toxumçuluğun prinsiplərinə uyğun gəlmir və dövlət büdcəsindən bu sahəyə yönəldilmiş vəsaitlərin nəticəliliyini aşağı salır.
Eyni zamanda, Hesablama Palatası təsərrüfatlara dövlət büdcəsindən subsidiya ödənilməsi üçün toxumçuların becərdiyi (əkdiyi) torpaq sahəsinin sənədlərinin və 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin yetişdirilərək satılması üzrə ödəniş sənədlərinin tələb olunmamasının bu sahədə sui-istifadə hallarının yaranmasına yol açdığı, mexanizmin səmərəliliyinə və dövlət büdcəsindən ayrılmış müvafiq vəsaitlərin (subsidiyaların) nəticəliliyinə mənfi təsir göstərdiyi qənaətindədir.
Hesablama Palatasının rəyində bu amillər nəzərə alınaraq həmin Qaydaların müasir dövrün tələblərinə köklü surətdə uyğun dəyişdirilməsi tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

