Hesablama Palatasının əməkdaşları Polşada təlimdə iştirak ediblər
27.07.2019 [01:32]
Hesablama Palatasının nümayəndə heyəti qurumun İnstitusional və İnzibati Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsi çərçivəsində “Hesablama Palatasının özünün funksiya və fəaliyyəti ilə əlaqədar Milli Məclis, audit aparılan təşkilatlar və KİV-lər kimi daha dolğun məlumata malik maraqlı tərəflər ilə effektiv ünsiyyət qurması” mövzusunda 4-cü Komponent üzrə Polşada təlim səfərində olub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin ilk günü nümayəndə heyəti Polşa Ali Audit İdarəsinin inzibati binasında iş prosesi ilə yaxından tanış olub. Onlara Polşa Ali Audit Ofisinin yaranması və ona rəhbərlik edən şəxslər barədə qısa məlumat verilib.
Sonra nümayəndə heyətini Polşa Ali Audit İdarəsinin prezidenti Krzysztof Kviatkovski qəbul edərək Polşa Ali Audit Ofisinin mandatı, strukturu, əsas fəaliyyəti barədə danışıb və Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsi üzrə təlimin proqrama uyğun və uğurla keçiriləcəyini ifadə edib.
Nümayəndə heyəti ilə görüşən Polşa Ali Audit İdarəsinin mətbuat xidmətinin nümayəndəsi media ilə münasibətlər barədə məlumat verib və qonaqları mətbuat otağı ilə tanış edib.
Polşa Ali Audit İdarəsi Prezidentinin müşaviri Jacek Mazur təqdimatında Polşa Ali Audit İdarəsi ilə Parlament arasında mövcud olan əlaqələrdən və audit yanaşmasından, eləcə də Polşa ali audit qurumlarının (AAQ) Parlamentin sessiyalarında iştirakından və hesabatvermə prosesindən ətraflı danışıb, Avropa İttifaqı ölkələrinin AAQ-larının Parlament Komitələrinin iclaslarında iştirakı ilə bağlı apardığı müqayisəli təhlillər barədə məlumat verib.
Polşa Ali Audit İdarəsinin prezidentinin müşaviri Pavel Biedziak görüş zamanı qurumun media ilə münasibətlər barədə məlumat verərkən internet səhifəsinin, portallarının və televiziyanın idarənin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasındakı rolundan bəhs edib. Polşa Ali Audit İdarəsinin Krakov regional bölməsində aparılmış təlimlərdə bölmənin direktoru xanım Jolanta Stavska ümumilikdə Malopolska Regionu və Krakov bölməsinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib, tərəfdaşlarla münasibətlərdən danışıb.
Krakovda Ətraf Mühitin Mühafizəsi üzrə Regional Müfəttişlikdə Hesablama Palatasının nümayəndələrinə ətraf mühitin mühafizəsi ilə bağlı son illərdə aparılmış auditlər, ətraf mühitin çirklənməsinin səbəbləri və qarşısının alınması üçün görülmüş işlər barədə məlumat verilib.
Malopolska Regionunun yerli idarəetmə orqanında keçirilən görüş zamanı baş katib orqanın fəaliyyəti və Polşa Ali Audit İdarəsi ilə münasibətlər barədə təqdimatla çıxış edib.
Görüşlər qarşılıqlı müzakirələr formasında keçirilib və Hesablama Palatası əməkdaşlarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

