Azercell növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib
27.09.2019 [08:33]
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom biznes aləmində nüfuzlu sayılan Beynəlxalq “Stevie” mükafatına layiq görülüb. 2018-ci ilin nəticələri və nailiyyətləri üzrə münsiflər heyətinin apardığı dəyərləndirmə nəticəsində Azercell növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” nominasiyasında Bürünc “Stevie” mükafatı qazanıb. Şirkətin respublika boyu şəbəkənin gücləndirilməsi və genişləndirilməsi istiqamətində uğurla tamamladığı böyükmiqyaslı layihələri, ölkənin telekommunikasiya sahəsinin inkişafına verdiyi töhfəsi, sərgilədiyi nümunəvi müştəri xidmətləri, innovativ həllər və məhsullar bazası, eləcə də həyata keçirdiyi sosial təşəbbüsləri bu mükafatı qazanmasına vəsilə olub.
Xatırladaq ki, uğurlu fəaliyyətinin nəticəsi olaraq Azercell 2018-ci ili 49 % bazar payı ilə lider mövqedə başa vurub. Şirkət bu müddət ərzində daha 30 bölgədə 800-dən artıq 4G stansiyası qurub. Beləliklə də, Azercell-in 4G istifadəçilərinin sayı 1 milyonu keçib, internet istifadəsi isə 2017-ci il ilə müqayisədə 13 petabayta çatıb. Təkcə 2018-ci ildə Azercell-in ölkənin telekommunikasiya sahəsinin inkişafına yatırdığı sərmayənin dəyəri 59,5 milyon ABŞ dolları təşkil edib.
Məlumat üçün bildirək ki, 2002-ci ildə təsis olunmuş “Stevie” mükafatının dəyərləndirmə prosesinə iş adamlarının, biznes sahəsində aparıcı mövqedə çalışan şəxslərin və təlimçilərin də yer aldığı 1000-ə yaxın mütəxəssis cəlb olunur. “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

