Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
15.10.2019 [09:43]
Biznes forum zamanı mühüm sənədlər imzalanıb
Oktyabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirilib.
AZƏRTAC xəbər verir ki, biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində bu gün ölkələrimizin bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq etdiyini deyib. Bildirib ki, qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlıq ildən ilə genişlənir.
“İqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyədək artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12 faiz təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir”, - deyə R.Məmmədov qeyd edib.
Nazir müavini bildirib ki, bu gün üzv ölkələr dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu baxımdan Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır: “TDƏŞ üzvü olan ölkələr investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12,3 milyard dollar həcmində investisiya qoyub, onların 3200 şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar sərmayə yatırıb”.
O vurğulayıb ki, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən yaradılması təklif olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birgə İnvestisiya Fondu əhəmiyyətli mexanizm ola bilər.
R.Məmmədov Türk Şurası ölkələri arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı və qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, işgüzar dairələri bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib.
TDƏŞ-in baş katibi Bağdad Amreyev çıxışında bildirib ki, Türk Şurası ölkələrimiz arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib Bakıda keçirilən biznes forumun təşkilata üzv ölkələrin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini qeyd edib.
Tədbirdə Qazaxıstanın Baş Nazirinin müavini Berdıbek Saparbayev, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Türkiyə Respublikası Prezidenti yanında İnvestisiyalar Ofisinin layihə direktoru Fərruh Parmaksız və digər iştirakçılar çıxış edərək TDƏŞ çərçivəsində təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, təkliflərini bildiriblər.
Biznes forumda, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstanın Sahibkarların Milli Palatası (Atameken), Qırğız Respublikasının Ticarət və Sənaye Palatası, Macarıstan Ticarət və Sənaye Palatası və Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) arasında əməkdaşlığa dair anlaşma memorandumları, AZPROMO ilə Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) arasında anlaşma memorandumu, “Ziraat Bank Azərbaycan” ASC və “Türkiye İhracat Bankası” (TurkEximBank”) arasında əməkdaşlığa dair kredit müqaviləsi, KOBİA ilə Macarıstanın İxracın İnkişafı Agentliyi, Türk Katılım Bankları Birliyi (TKBB), Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumları imzalanıb. Bundan başqa, tədbirdə KOBİA ilə “Ziraat Bank Azərbaycan” ASC və “Türkiye İhracat Bankası” arasında əməkdaşlığa dair niyyət protokolu, Özbəkistan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlüyünə dair protokol, Macarıstan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında müşahidəçi statusuna dair protokol, Azərbaycanın “Azərmaş” ASC və Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandumu, Azərbaycanın “Mətanət A” şirkəti ilə Özbəkistanın Kaşkada vilayəti arasında niyyət və qarşılıqlı əməkdaşlıq sazişi imzalanıb.
Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

