Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib
26.10.2019 [09:55]
Azercell Telekom “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Eurasia İnnovation Day” və “Innovation Awards Gala” tədbirlərində iştirak edib
Rəqəmsal aləmin ən son yeniliklərini abunəçiləri üçün əlçatan etməyi hədəfləyən ölkənin lider mobil operatoru Azercell Telekom-un uğurlu fəaliyyəti diqqət mərkəzindədir. Oktyabr ayının 23-ü Heydər Əliyev Mərkəzində “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia Innovation Day” və “Innovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən Azercell-in yeni brend kimliyinin təqdimatı “İlin innovasiya tədbiri” nominasiyası üzrə qalib seçilərək, “Azərbaycan İnnovasiya Mükafatı”na layiq görülüb. Xatırladaq ki, Azercell-in yeni brend kimliyinin təqdimatı cari ilin iyun ayının 21-i Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturlarının rəsmilərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Mərkəzin parkında təşkil edilən sərbəst girişli konsert zamanı isə ölkədə ilk dəfə olaraq, 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm şou sərgiləyib.
Məlumat üçün bildirək ki, dialoq platforması rolunu oynayan “Eurasia İnnovation Day” tədbirinə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri qatılıb. Tədbir çərçivəsində texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin müzakirə olunduğu 3 panel təşkil edilib. “Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Paneldə “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov da çıxış edib. Krasimir Genov Azercell şirkətinin cari ilin iyun ayından etibarən fəaliyyətinin yeni dövrünə qədəm qoyduğunu və abunəçilərinin qarşısına ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operator olaraq çıxdığını bildirib. O, həmçinin rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən Azercell-in zənginləşən rəqəmsal məhsullar portfeli haqqında da geniş məlumat təqdim edib.
İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.
Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən “InnoWeek - İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

