2009-cu il Azərbaycanın bank sektoru üçün uğurlu olub
12.01.2010 [09:20]
2009-cu il bütün iqtisadi sahələr kimi bank sektoru üçün də uğurlu olub. Nəzərə alsaq ki, bank sektoru iqtisadiyyatın “qan damarı” hesabı olunur, onda ölkəmizdəki makroiqtisadi sabitliyin möhkəmlənməsində və dinamik inkişafın dərinləşməsində maliyyə-bank sisteminin rolunun mühüm əhəmiyyət kəsb etdiyini söyləmək olar. İqtisadiyyatın maliyyə vəsaitlərinə olan ehtiyacının ödənilməsində fəallığını artıran banklar ötən il makroiqtisadi pozitivliyin yüksəlməsinə öz töhfəsini verib. Bu tendensiyanı 2009-cu ilin maliyyə sistemindəki göstəricilər də şərtləndirmiş olur.
Azərbaycanın bank sektoru ötən il də əvvəlki illərdə olduğu kimi, inkişaf meyillərini davam etdirib. Hətta 2009-cu ildə dünya maliyyə-bank sistemində qlobal resessiyaların kəskin xarakter aldığı dövrdə belə, Azərbaycanın bank sektoru xarici təsirlərə dözümlülük nümayiş etdirib, xüsusilə də, ilin ikinci yarısından başlayaraq bank-maliyyə sektorunda sabitliyin dərinləşməsi müşayiət olunub. Azərbaycan bankları öz daxili və xarici maliyyələşmə mənbələrini bərpa etməklə yanaşı, ötən il 1,2 milyard dollar həcmində xarici borcu geri ödəməklə inkişafı davam etdirib və aktivlərinin həcmini 9 faizə yaxın artırmağa nail olub. Qeyd edək ki, Azərbaycan hökumətinin böhrandan əvvəl həyata keçirdiyi “maliyyə immunizasiyası” tədbirləri sayəsində bank sistemi qlobal böhranı hazırlıqlı qarşılayıb, Mərkəzi Bankın həyata keçirdiyi antiböhran proqramı nəticəsində bank sektorunun maliyyə dözümlülüyü daha da güclənib. Bu gün respublikamızın bank sistemi öz öhdəliklərinin təqribən 80 faizi səviyyəsində likvid aktivlərə malikdir ki, bu da minimal normadan 30 faiz çoxdur.
2009-cu ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 9 milyard manat təşkil edib. Bu, 2008-ci ildəki rəqəmlə müqayisədə təxminən 17 faiz çoxdur. Dövlət bankları tərəfindən iqtisadiyyata yönəldilmiş kreditlərin həcmi 4 milyard manat təşkil edib. özəl banklar tərəfindən isə 4,2 milyard manatdan çox vəsait verilib ki, bu da ümumi kreditlərin 51 faizi deməkdir. Yəni, hazırda kredit bazarında özəl banklar başlıca yer tutur. Burada digər bir tendensiya da xüsusi vurğulanmalıdır. Belə ki, ötən il xarici kapitalın iştirakı ilə yaradılan bankların Azərbaycan iqtisadiyyatına yatırdığı vəsaitlər 2 milyard manatı keçib. Bu isə ümumi kreditlərin 25 faizi deməkdir. Yəni xarici kapital əsasında ölkəmizdə fəaliyyət göstərən banklar da böhran olmasına baxmayaraq kredit verilməsində xüsusi aktivlik nümayiş etdirib. Bu, bir daha Azərbaycan iqtisadiyyatına, investisiya bölmələrinə olan dərin inam və etibarın əyani təzahürü kimi səciyyələndirilə bilər.
Onu da qeyd etmək lazımdır ki, maliyyə və bank bazarının inkişafında hökumətin banklara dəstək siyasəti də müstəsna rol oynayıb. Azərbaycan hökuməti postböhran dövründə bankların kifayət qədər pul bazasına malik olması, eləcə də, onların likvid fəaliyyət göstərməsi üçün Mərkəzi Bankın daxili resurslarından istifadə edərək bankların pul bazasının möhkəmlənməsinə yardım edib. Hökumətin bu strateji planı bankların likvidliyinin artmasına səbəb olub və iqtisadiyyatın kreditlərlə təmin edilməsinə impuls verib. Bu siyasət, eyni zamanda, iqtisadiyyatda dinamizmin yüksəlməsinə zəmin yaradıb. Nəticədə real sektorun bütün bölmələrinin maliyyə vəsaitləri ilə kifayət qədər “qidalanması” ümumi iqtisadi inkişafı stimullaşdırıb. Xüsusilə də, qeyri-neft sektorunda pozitivlik artıb. Yeri gəlmişkən, hökumətin dəstək siyasətinin bir istiqaməti də tikinti- ipoteka bazarının canlanmasına yönəlib ki, bu da öz effektiv təsirini göstərmiş olub. Belə ki, ilin ikinci yarısından etibarən ipoteka kreditlərinin həcminin artırılması mənzil tikintisinin geniş vüsət almasına öz təsirini göstərib.
Bank sistemində pozitiv meyillər vətəndaşların banklara qoyduğu əmanət portfelinin ümumi həcminin artmasında da mühüm rol oynayıb. 2009-cu ildə əhalinin banklardakı depozit və əmanətlərin ümumi həcmi 2008-ci illə müqayisədə 24 faiz yüksəlib. ötən il, ümumilikdə vətəndaşların banklara yerləşdirdiyi əmanətlərin həcmi 4,5 milyard manat təşkil edib.
2010-cu ildə bank sistemində həyata keçirilməsi planlaşdırılan əsas istiqamətlər isə bu sektorda maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi, likvidlik göstəricilərinin artırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, risk potensialının artırılması ilə bağlı olacaq. Mərkəzi Bankın 2010-cu ildə ölkəmizin pul-kredit siyasətinin başlıca istiqamətlərinə dair bəyanatında da qeyd olunub ki, bu il iqtisadiyyatın kapitalizasiya tələbatına uyğun olaraq maliyyə resurslarına çıxışın yeni mexanizmlərinin təşviqi təmin ediləcək. Xüsusilə də, regionlarda bu prosesin sürətlənməsinə diqqət veriləcək. 2010-cu ildə parlamentdə qəbul olunması planlaşdırılan “Bank haqqında” Qanunda bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və onların bütün növ mikromaliyyələşmə əməliyyatlarında iştirakı nəzərdə tutulub. Bu isə iqtisadiyyatın maliyyə resursları ilə təmin edilməsinin daha da genişlənməsinə səbəb olacaq. Hətta bu ildən etibarən maliyyə infrastukturunun inkişafı üzrə tədbirlərin yeni bir elementi olan poçtların bank-maliyyə xidmətləri göstərməsi mexanizminin tətbiq olunması maliyyələşmə şəbəkəsinin daha geniş vüsət almasına zəmin yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

