/ / Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq layihələrində iştirakda maraqlıdır
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq layihələrində iştirakda maraqlıdır
13.11.2020 [09:14]
Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib. Görüşdə iqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir. M.Cabbarov Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, “Bir millət, iki dövlət” olaraq daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib, türkiyəli həmkarına və Türkiyə xalqına təşəkkürünü bildirib. Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrimiz genişlənir, Azərbaycan və Türkiyə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Bununla belə, iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və sair sahələrdə əməkdaşlığın inkişafı imkanları genişdir.
Bildirilib ki, son dövrlərdə Azərbaycan ərazisindən keçməklə Türkiyədən Asiyaya və əks istiqamətdə daşınan tranzit yüklərin həcmində əhəmiyyətli artım müşahidə edilir və yükdaşımaların daha da artırılması üçün birgə səylər göstəriləcək. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri barədə məlumat verən iqtisadiyyat naziri Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmli platforma olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğu, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının bu sahədə əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib.
Türkiyənin ticarət naziri Ruhsar Pekcan qələbə münasibətilə iqtisadiyyat naziri M.Cabbarovu və Azərbaycan xalqını təbrik edib, ölkəmizin bu zəfərinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır.
Görüşdə Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrası, iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya, inşaat, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

