Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu!
21.11.2020 [00:08]
Ölkənin lider mobil operatoru “Azercell Telekom” bütün abunəçilərinin işini asanlaşdıran “Kabinetim” tətbiqi çərçivəsində Mobil Ödəmə xidməti ilə bağlı növbəti yeniliyi təqdim edir. Belə ki, ilin əvvəlində Sim-Sim abunəçiləri üçün istifadəyə verilən Mobil Ödəmə xidməti artıq Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu.
Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyən Azercell bu gunə qədər “Kabinetim” mobil tətbiqi ilə bir sıra yenilikləri abunəçilərinin ixtiyarına verib. Bunlardan biri və gələcək inkişaf baxımından xüsusilə önəmli olanı Mobil Ödəmə xidmətidir. Mobil Ödəmə xidməti nağd puldan, ödəmə kartından istifadə etmədən yalnız mobil telefon nömrəsinin balansından vacib gündəlik ödəmələri həyata keçirməyə imkan verir.
Azercell-in Mobil Ödəmə xidməti gündəlik həyatın bir çox sahələrini əhatə edir. Abunəçilər sadəcə Azercell balansı hesabına heç bir əlavə prosedurdan keçmədən kommunal (qaz, elektrik enerjisi, su, istilik) xərclərini ödəyirlər. Burada, həmçinin, internet və kabel televiziya xidmətlərinin haqqını ödəmək, eləcə də, E-İmza, stasionar telefon rabitəsi xidmətləri üçün ödəniş etmək imkanı yaradılıb. Mobil Ödəmə vasitəsilə, həm də, digər Azercell abunəçilərinin balansını artırmaq, müxtəlif əyləncəli oyunların hesabına pul yatırmaq mümkündür.
Mobil Ödəmə xidmətinin təqdim etdiyi ən son əhəmiyyətli imkanlardan biri də Azercell abunəçilərinin “Silahlı Qüvvələrə Yardım Fondu”-na birbaşa ianə etmək imkanının mümkünlüyü oldu. Eyni zamanda, bu xidmətdən istifadə etməklə qlobal cəmiyyətin mühüm problemi olan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”-na da ianə etmək olar.
Qeyd edək ki, xidmətdən istifadənin digər şərtləri ilə Azerell-in rəsmi saytı, eləcə də tətbiq vasitəsilə Mobil Ödəmə Xidmətindən istifadə qaydaları bölməsindən tanış olmaq mümkündür.
Bank və mobil şəbəkələrin birləşməsindən irəli gələn yeni rəqəmsal yanaşma təklif edən Mobil Ödəmə layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirilməsi, xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradılması nəzərdə tutulur. Mobil Ödəmə xidməti abunəçilərə Azercell-in “Kabinetim” mobil əlavəsinin tərkibində təqdim olunur. “Kabinetim” tətbiqi abunəçiyə öz nömrəsinə tam nəzarət etmək, nömrə ilə bağlı əməliyyatları idarə etmək, ödəmələri həyata keçirmək, Azercell tətbiqlərinə abunə olmaq imkanını yaradır. “Kabinetim”-lə balansı artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa əməliyyatları rahatlıqla icra etmək olar. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.
Daim təkmilləşən və funksionallığı artırılan “Kabinetim” tətbiqini “App Store” və ya “PlayStore”dan yüklənilir. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

