Vergi Xidmətinin Tədris Mərkəzində antikorrupsiya strategiyası mövzusunda müzakirələr aparılıb
17.03.2021 [13:29]
Son illər Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə daha ciddi və kəskin xarakter alıb, ölkədə sistem xarakterli institusional islahatlar geniş şəkildə həyata keçirilir. Vergi orqanlarında da korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq sahə üzrə hüquqi təbliğat materiallarının hazırlanması, təlim və treninqlərin keçirilməsinə xüsusi diqqət yetirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmətin Tədris Mərkəzinin təşkilatçılığı ilə videoformat şəklində “Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış” mövzusunda tədbir keçirilib. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi institusional tədbirlər və islahatlar barədə məlumat verib.
Tədbirdə çıxış edən Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin koordinatoru, “Konstitusiya Araşdırmaları Fondu”nun Prezidenti Əliməmməd Nuriyev antikorrupsiya strategiyasının əsas istiqamətləri, bu sahədə yeni fəaliyyət planı barədə danışıb.
Natiq dövlət orqanlarında risk qiymətləndirilməsinin aparılması, nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması üçün müstəqil qiymətləndirmənin aparılması, ictimai iştirakçılığın genişləndirilməsi və gücləndirilməsi, maraqların toqquşması və digər məsələlər üzrə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, dövlət orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı yaradılmış komissiyalarda, şuralarda vətəndaş cəmiyyəti və media nümayəndələrinin təmsil olunması haqqında ətraflı məlumat verib.
Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis müavini Toğrul Əhmədov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və ondan irəli gələn Fəaliyyət Planı” mövzusu üzrə təqdimatla çıxış edib. O, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Vergi Xidmətinin fəaliyyətində praktiki tətbiqi məsələlərinə toxunub, Milli Strategiyada dövlət orqanlarının fəaliyyəti ilə bağlı nəzərdə tutulan istiqamət və tövsiyələr, Milli Fəaliyyət Planından irəli gələn tədbirlər, o cümlədən, Vergi Xidmətində korrupsiya risklərinin qiymətləndirilməsi, vergi orqanı əməkdaşları üçün elektron təlim kurslarının hazırlanması, etik davranış və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.
Müzakirələrin aparıldığı tədbirdə Vergi Xidmətinin və İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən digər dövlət xidmətlərinin vəzifəli şəxsləri iştirak ediblər.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

