“Azercell” yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir
04.09.2021 [08:09]
Fəaliyyət illəri ərzində KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin rəqəmsal ingilis dilli mənbələrindən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider mobil operatoru “Azercell Telekom” jurnalistlər üçün növbəti ingilis dili kurslarını təşkil edir. Yay mövsümünün bitməsi ilə başlayacaq kurslar çap, elektron və teleradio kütləvi informasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır. Kurslarda iştirak etmək üçün jurnalistikada ən azı bir il iş təcrübəsinə malik olan şəxslər KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 2021-ci il sentyabrın 20-nə qədər “azercell.press@azmemo.info” elektron ünvanı vasitəsilə şirkətə təqdim etməlidirlər. İxtisaslaşmış ingilis dili müəllimləri tərəfindən aparılacaq dərslərdə media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.
Qeyd edək ki, “Azercell” 13 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnalistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur. Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,7 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, “Beynəlxalq Biznes STEVIE Mükafatları”nın “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

