“Yaşıl dəhliz”: Kimlərə hə, kimlərə yox
22.12.2021 [11:28]
Mübariz
Müşavirələrin birində Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin (DGK) yüksək səviyyəli rəsmilərinin ünvanına səsləndirdiyi sərt iradlar yaddaşlardan silinməyib. Həmin müşavirədə ulu öndərin ifadə etdiyi fikirlərin, qarşıya qoyduğu tələblərin yer aldığı videolar aradan illər ötəndən sonra da sosial şəbəkələrdə izlənmə sayına görə, rekord həddədir. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə qayıdan və xilaskarlıq missiyasını yerinə yetirən ulu öndərin gömrük yetkililərindən tələbi nə idi? O istəyirdi ki, Azərbaycanın gömrük keçid məntəqələrində dünyanın qabaqcıl ölkərinin nümunəsi tətbiq olunsun, idxal-ixrac əməliyyatlarının iştirakçıları, respublikamıza gələn turistlər sərhəddə neqativ hallarla üzləşməsinlər, süründürməçiliyə, təmənnalara yol verilməsin, bütün prosedurlar tez və şəffaf həyata keçirilsin. Azərbaycanın sivil, müasir mənzərəsini yaratmaq istəyən ümummilli liderimiz bütün bu kimi istəklərini o dövrdə gömrük keçid məntəqələrində müşahidə edilən və narazılıqlara yol açan neqativlərin fonunda səsləndirmişdi.
Gömrük keçid məntəqələrində rəngbərəng buraxılış sistemləri
Aradan illər keçib. Ötən dövrdə ilk mərhələdə ulu öndərin Özünün, sonrakı mərhələdə isə Onun layiqli varisi, Prezident İlham Əliyevin siyasi iradəsi, imzalanan sənədlər əsasında həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, innovativ texnologiyaların, daha mütərəqqi sistemlərin tətbiqi sayəsində Azərbaycanın gömrük keçid məntəqələrində vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Aparılan islahatların mühüm bir istiqaməti gömrük keçid məntəqələrində idxal-ixrac əməliyyatlarının sürətləndirilməsini, süni maneələrin aradan qaldırılmasını, sahibkarlarda xarici ticarətin iştirakçısı olmağa motivasiyanın artırılması kimi mühüm məsələləri əhatə edir. Prezident İlham Əliyevin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiqlənən “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”na əsasən, hazırda bir sıra keçid sistemləri, o cümlədən “Mavi dəhliz,” “Sarı dəhliz”, “Qırmızı dəhliz” mövcuddur. Təbii ki, hər buraxılış sisteminin öz qayda-qanunları var. Məsələn, “Qırmızı dəhliz” - əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.
İdxal-ixrac əməliyyatlarında asan keçid
Hazırda Azərbaycanın gömrük keçid məntəqələrində diqqəti çəkən buraxılış sistemlərindən biri isə “Yaşıl dəhliz”dir. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir. Qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron bildiriş göndərilir. Respublikamızda 2019-cu ildən tətbiqinə başlanan “Yaşıl dəhliz”dən, belə demək mümkünsə, ən intizamlı xarici ticarət iştirakçıları bəhrələnə bilərlər. Prezident İlham Əliyevin 2018-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinə bir çox üstünlüklər verilir. Bu da biznes mühitinin inkişafı ilə yanaşı, gömrük işinin aparılmasının sadələşdirilməsinə, sərhəd-keçid məntəqələrinin və gömrük rəsmiləşdirilməsi mərkəzlərinin yüklülüyünün azaldılmasına səbəb olur. “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi yolu ilə ölkənin ixrac potensialının gücləndirilməsi, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarının tətbiqi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik, şəffaf həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarətin asanlaşdırılması məqsədilə tətbiq edilib”. Bu fikirləri KİV-ə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib. Qurum rəsmisinin sözlərinə görə, “Yaşıl dəhliz” buraxılış sisteminin fəlsəfəsi Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartlarına uyğun olaraq işlənilib və dünya təcrübəsində geniş tətbiq edilən etibarlı tərəfdaş proqramlarına aiddir. Bu layihənin tətbiqi ölkəmizdə xarici ticarət fəaliyyəti sahəsində inqilabi dönüş olub və gömrük orqanları ilə tərəfdaş olan, öz biznes prosesində ölkə qanunvericiliyini rəhbər tutan şəxslərə münasibətdə gömrük prosedurlarının və gömrük işi sahəsində müxtəlif əməliyyatların sadələşdirilməsini ehtiva edir.
“Yaşıl dəhliz”ın intizamlı, qanunlara riayət edən sahibkarlar üçün yaratdığı üstünlüklərin əhatə dai?əsi də kifayət qədər genişdir. Bura malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi, gömrük-sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi, gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi, malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi və s. aiddir. “Yaşıl dəhliz” buraxılış sistemində daimi istifadəçi statusunu əldə edən biznes subyektləri idxal-ixrac əməliyyatları zamanı xüsusi üstünlüklərə də malikdirlər. Belə biznes subyektləri ölkə ərazisinə idxal olunan malları birbaşa anbarlarına apara, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrini (plombları və sair) müstəqil qaydada çıxarıb mallarını boşalda bilərlər”, - deyə DGK-nin sədri əlavə edib.
“Yaşıl dəhliz”ə maraq artır
Təbii ki, xarici ticarət iştirakçısı olan sahibkarlar “Yaşıl dəhliz”in onlar üçün yaratdığı üstünlüklərdən daha çox dərəcədə faydalanmağa çalışırlar. DGK-dən verilən məlumata əsasən, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 1033 xarici ticarət iştirakçısı müraciət edib. Bunlardan 262 xarici ticarət iştirakçısına ixrac əməliyyatları üzrə, 482 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə isə 744 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. 2021-ci ilin 10 ayı ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edən xarici ticarət iştirakçılarının xarici ticarət dövriyyəsində idxal əməliyyatları üzrə payı 42,21 faiz, ixrac əməliyyatları üzrə isə 30,31 faiz təşkil edib. Eyni zamanda, kənd təsərrüfatı və yeyinti məhsullarında dəhliz üzrə idxal əməliyyatları 64,84 faiz, ixrac əməliyyatları 46,29 faiz təşkil edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

