Qiymət artımının qarşısı alındı
20.01.2022 [00:52]
Qiymətlərə iqtisadi alətlərlə necə təsir göstərilir?
Mübariz ABDULLAYEV
Dünyada ərzaq təminatında yaranan çətinliklər, bahalaşma milli hökumətləri yeni çağırışlarla üz-üzə qoyub. Təəssüf doğuran haldır ki, istehlak səbətində yer alan məhsulların qiymətinin artması Azərbaycanda da müşahidə edilməkdədir. Ölkəmiz aparılan məqsədyönlü siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edib və bu səbəbdən də arzuolunmaz xarici mənfi təsirlərdən yan keçmək mümkün olmur. Xarici mənfi təsirlər, həmçinin bir sıra daxili səbəblər üzündən respublikamızda da ərzaq məhsullarının qiymətləri hissolunacaq dərəcədə artıb. Ötən yazılarımızda istehlak bazarında qiymətlərin artmasını şərtləndirən amillərdən, o cümlədən də bahalaşmaya səbəb olan manipulyasiya cəhdlərindən bəhs etmişdik. Bəs hökumət ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qiymətlərin cilovlanması üçün hansı tədbirləri görür?
Ərzaq məhsullarının ƏDV-dən azad edilməsi ...
Hazırda ölkə rəhbərliyi tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumların qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Bu barədə yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən və ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ətraflı bəhs olunub. Bildirildiyi kimi, bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşma-logistika xərclərinin artması, enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal miqyasda qiymət artımını şərtləndirən əsas faktorlardır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Arzuolunmaz qlobal mənzərə fonunda Azərbaycanda da inflyasiyanın səviyyəsi yüksək olub. Belə ki, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12%-ə çatıb.
Respublikamızda buğdanın, unun və çörəyin qiymətlərinin artması da həssaslıqla izlənilir. Qeyd edək ki, ölkəmizdə yerli taxıl istehsalı daxili tələbatı tam şəkildə qarşılamır və hələlik idxaldan asılılıq yüksək səviyyədə qalmaqda davam edir. Respublikamızda bu sahədə özünütəminat səviyyəsi 59-60% təşkil edir, tələbatın 40 faizi idxal hesabına ödənilir. Ölkəmizin buğdaya olan tələbatı illik təxminən 3,3 - 3,4 milyon tondur. Bu həcmin cəmi 2 milyon tonu Azərbaycanda istehsal edilir.
İndiyədək ölkəmizdə taxıl istehsalının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda iri fermer təsərrüfatlarının yaradılması taxılçılıqda məhsuldarlığın artmasına müsbət təsir göstərib. Hazırda bəzi iri fermer təsərrüfatlarında hektarın məhsuldarlığını 6-7 tonadək yüksəltmək mümkün olub. Əgər ölkədə taxılçılıq üzrə yaradılan iri fermer təsərrüfatlarının əhatə dairəsi genişləndirilsə və digər təsərrüfatlarda da qeyd olunan göstəriciyə çatılsa, taxıla olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi mümkün olacaq.
Unun və çörəyin qiymətinin kəskin artmasının qarşısını almağın digər bir yolu müəyyən alətlərdən səmərəli şəkildə istifadə olunmasıdır. Baş nazir Əli Əsədovun bildirdiyi kimi, ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən tədbirlər həyata keçirilib. Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib. O cümlədən ötən ilin əvvəlində Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib. Sözügedən dəyişikliklərdə bəhs olunan pozisiyalar üzrə ƏDV-dən azadetmə müddəti 2024-cü ilədək uzadılıb.
Görülən tədbirlərə rəğmən ötən il respublikamızda taxılın qiymətinin dəyişməsinin qarşısını almaq mümkün olmayıb və nəticədə unun və çörəyin qiyməti artıb.
İstehlak bazarına nəzarət
Ölkəmizdə qarşıya belə bir mühüm hədəf qoyulub: Kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmalıdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək səviyyəsinə çatdırılmalıdır. Müşavirədə də vurğulandığı kimi, keyfiyyət dəyişikliyi, məhsuldarlıq və səmərəliliyin artırılması kənd təsərrüfatı sahəsində əsas prioritetə çevrilməlidir.
İndiki gərginliklər fonunda istehlak bazarına nəzarətin gücləndirilməsi də əsas məsələlər sırasında yer alır. Müşavirədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin daha da gücləndirildiyi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlərin aparıldığı diqqətə çatdırılıb. Bundan sonrakı mərhələdə dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti daha da gücləndirməlidirlər. Həmçinin çevik və kompleks anti-inflyasiya proqramı qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər.
Xəbər lenti
Hamısına baxGündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43

