Sanksiyalarla üzləşən Rusiyaya növbəti zərbə köhnə müttəfiqi Çindən gəldi
11.03.2022 [23:43]
Mübariz ABDULLAYEV
ABŞ və Avropa İttifaqı dövlətləri tərəfindən Rusiyaya qarşı başlanan sanksiyaların əhatə dairəsi getdikcə genişlənir. Bu sanksiyalar həm Rusiyada, həm də Qərbin özündə ciddi sosial-iqtisadi fəsadlara yol açmaqdadır. Son olaraq ABŞ şimal qonşumuzdan neft və digər enerji daşıyıcılarının idxalının qadağan olunması barədə qərar qəbul edib. ABŞ-ın ardınca Avropa İttifaqı dövlətləri də Rusiyaya qarşı analoji sanksiyaların mərhələlərlə tətbiqinə hazırlaşır. Bu günlərdə isə Rusiya növbəti zərbəni köhnə müttəfiqi Çindən alıb. Söhbət dünya nəhənginin Rusiyadan bir sıra məhsulların, o cümlədən də neftin idxalını dayandırmasından gedir.
Müharibəyə qədərki dövrdə Rusiya-Çin münasibətləri
Müharibəyə qədərki dövrdə dünyanın bu iki nəhəng dövləti arasında siyasi münasibətlərin dinamikası kifayət qədər yüksək olub. İqtisadi sahədə əməkdaşlıq da siyasi dialoqun yüksək səviyyəsinə adekvat idi. 2021-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 30 faizdən çox artaraq 123 milyard dollara çatıb və pandemiyaya qədərki səviyyəni keçib. Qarşıya qoyulan hədəf də böyük idi. Hər iki tərəf perspektivdə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 200 milyard dollardan artıq səviyyəyə çatdırmaqla bağlı niyyətini ifadə etmişdi.
Çinin balans yaratmaq siyasəti
Müharibə ərəfəsində “Çin - Ukraynanın, yoxsa Rusiyanın tərəfində olacaq” sualı tez-tez səslənirdi. ÇXR-dan gələn bəyanatlar hər şeyə aydınlıq gətirdi. Bəlli oldu ki, Çin Rusiya-Ukrayna müharibəsində birtərəfli mövqe tutmayacaq, özünün milli və dövlət maraqlarından çıxış edəcək. Bəllidir ki, Çin Rusiyanın zəifləməsində maraqlı olan ABŞ-la kəskin rəqabət şəraitindədir. İki ölkə arasında açıq və yaxud gizli şəkildə nüfuz savaşı gedir. Rusiya ilə sıx tərəfdaşlıq münasibətlərində olan Çin, eyni zamanda Ukraynada bir sıra böyük layihələrin icrasında fəal iştirak edib, bu ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə böyük həcmlərdə investisiyalar yönəldib. Çin indiki şəraitdə öz siyasətini məhz bu kimi reallıqlar fonunda müəyyənləşdirərək münaqişə tərəfləri arasında balans yaratmaq siyasəti həyata keçirir. Ölkənin yüksəksəviyyəli rəsmiləri bəyan edirlər ki, Çinin siyasəti üçüncü dövlətə qarşı yönəlməyib, ölkə Rusiya-Ukrayna müharibəsində də özünün tərəfsizliyinə sadiq qalacaq. “Çin sülh danışıqlarının irəliləyişində konstruktiv rol oynamağa və lazım gəldikdə lazımi vasitəçiliyi həyata keçirmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam etməyə hazırdır”, - deyə Çinin xarici işlər naziri Vanq Yi vurğulayıb.
Anlaşılmaz imtinalar
Əhatə dairəsi getdikcə genişlənən sanksiyalar Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərir. Beynəlxalq SWIFT sistemindən çıxardılması bu ölkənin maliyyə sistemini çökdürüb, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Rubl dollar, avro və digər dönərli valyutalar qarşısında kəskin dəyər itirib, əksər banklar fəaliyyətlərini məhdudlaşdırıblar. Xarici investisiyalı müəssisələrin, şirkətlərin ölkəni tərk etməsi səbəbindən əmək bazarına təzyiqlər artıb. Sanksiyaların növbəti mərhələsi Rusiyanın ixracının əsasını təşkil edən enerji daşıyıcılarını əhatə edəcək və bundan sonra ölkənin gəlirləri daha da azalacaq. Yeri gəlmişkən, sanksiyalar səbəbindən yaranan çətinliklər, o cümlədən də qiymətlərin artması, bir sıra məhsullarla təchizatın pisləşməsi Rusiya hökumətinin martın 10-da prezident Vladimir Putinin iştirakı ilə videokonfrans formatında keçirilən iclasında da səsləndirilib.
Belə çətin şəraitdə dost köməyinə ehtiyac var. Necə deyərlər, dost dosta tən gərək. Ancaq Rusiyanın köhnə müttəfiqi Çin gözlənt?lərin əksinə addımlar atmağa başlayıb. Bu barədə “Yeni Azərbaycan”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb: “Rusiya növbəti zərbəni dostu Çindən alıb. Kreml sanksiyalar səbəbindən Qərb ölkələrinə sata bilmədiyi nefti Çinə yönəltməyi planlaşdırırdı. Ancaq Çin Qərbin sanksiyalarından ehtiyat edir. Ona görə də Pekin “müvəqqəti” adı altında Rusiyadan neft alışını dayandırıb. Pekini anlamaq olar. Rusiya neftinin alışına görə maliyyə vəsaitinin bank üzərindən ödənişi problemli məsələyə çevrilib. Çünki Rusiyanın əsas bankları sanksiya altındadır. O biri tərəfdən Çin neftə olan tələbatının əsas hissəsini illərdir ərəb ölkələrindən və İrandan alır.
Bu arada, Çin Rusiya təyyarələri üçün detalların satışını da dayandırıb. Bunun da səbəbi eynidir. Çin Qərb ölkələrinin sanksiyalarından ehtiyat edir. Çinin imtinaları Rusiyanı daha ağır vəziyyətə sürükləyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

