Rəqəmsallaşma dövründə əmək bazarı: Yeni çağırışlar
05.04.2022 [10:24]
M.ABDULLAYEV
İndiyədək yaşanan hər sənaye inqilabı qlobal iqtisadiyyatda özünün spesifik izini buraxıb. Dördüncü sənaye inqilabı süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın geniş miqyas alması, 3D printdən, dron texnologiyalarından istifadənin artması, elektriklə işləyən maşınların çoxalması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi və sair bu kimi göstəricilə?? görə fərqlənir. Hazırda qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycan da daxil olmaqla bütün dünya 4-cü sənaye inqilabının hədəflərinə doğru irəliləməkdədir.
Məhsuldarlığın artması
Dördüncü sənaye inqilabının ölkələrin həyatına, qlobal iqtisadiyyata gətirdiyi yeniliklərdən bəhs edərkən, heç şübhəsiz ki, onun müsbət cəhətlərini vurğulamaq lazımdır. Ekspertlər insan kapitalı faktorunun önə çıxdığı, rəqəmsallaşmanın, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı 4-cü sənaye inqilabının müsbət tərəflərinin kifayət qədər çox olduğunu bildirirlər. “Rəqəmsallaşma müəyyən iqtisadi əməliyyatların yerinə yetirilməsini daha da sürətləndirir ki, bu da öz növbəsində məhsuldarlığın artması ilə nəticələnir. Qeyd etmək lazımdır ki, ölkələrin dayanıqlılığının təmin edilməsində innovasiyanın mühüm rolu vardır. Belə ki, bu gün ölkələrin iqtisadi inkişafının təmin edilməsində başlıca rolu oynayan investisiyaların effektivliyi məhz onların innovasiya sahəsinə qoyulması ilə daha çox şərtlənir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında iqtisadçı ekspert Aslan Əzimzadə ifadə edib. İqtisadçı-ekspert Azərbaycan iqtisadiyyatının da sıx bağlı olduğu aqrar sektorda müşahidə edilən prosesləri buna nümunə kimi göstərib. “Məsələn, kənd təsərrüfatı sahəsində bio, nanotexnologiyaların, hüceyrə mühəndisliyinin tətbiq edilməsilə daha yüksək məhsuldarlıq əldə etmək mümkündür ki, bu da ərzaq təhlükəsizliyi probleminə öz müsbət təsirini göstərməkdədir. Ümumiyyətlə, innovasiya istiqamətində investisiya cəlb edən ölkələrin iqtisadiyyatı digər ölkələrə nisbətdə daha dayanıqlı inkişaf etməkdədir”.
Bəzi peşələr yoxa çıxacaq
Üstün keyfiyyətləri ilə səciyyələnən 4-cü sənaye inqilabı özü ilə bərabər bir sıra yeni çağırışlar da meydana gətirib. Bu çağırışlar, ilk növbədə, əmək bazarı ilə bağlıdır. Fikirlərinə davam edən Aslan Əzimzadə bildirib: “Eyni zamanda, vurğulamaq lazımdır ki, 4-cü sənaye inqilabı ilə əmək bazarında ciddi dəyişikliklərin şahidi olmaqdayıq. Rəqəmsallaşmanın tətbiqi ilə insan faktoru azalmaqda, əmək bazarında texnoloji bilikləri yüksək olan kadrlara tələb artmaqdadır. Gələcəkdə isə ümumiyyətlə, avtomatlaşdırmanın tətbiq dairəsinin inkişafı ilə əmək bazarında bəzi peşələrin ümumiyyətlə yoxa çıxması mümkün ola bilər. Bu səbəbdən ali təhsil müəssisələrin qarşısında yeni vəzifələr dayanır. Təhsil müəssisələri əmək bazarının müasir tələblərinə cavab verən rəqabətqabiliyyətli işçilər yetişdirməlidirlər. 4-cü sənaye inqilabı yeni ixtisasların yaranması zərurətini meydana çıxarır. Bəzi ixtisasların öz aktuallığını itirməsi, əksinə rəqəmsallaşma ilə bağlı olan ixtisaslara tələbatın artması təhsil sahəsi üzrə də müəyyən standartların dəyişməsi ilə nəticələnə bilər”.
İqtisadçı-ekspert bildirib ki, ölkəmizdə də rəqəmsallaşma xüsusilə bank və xidmət sektorunda geniş tətbiq edilməkdədir. Buna uyğun olaraq yeni dünyagörüşlü və yüksəkixtisaslı kadrlara da tələbat artır.
Yaradıcı inkişafa istiqamət
Azərbaycan Dövlət Neft-Sənaye Universitetinin (ADNSU) tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov isə “Yeni Azərbaycan”a açıqlamasında indiki dövrdə yaradıcı inkişafla bağlı məsələlərin aktuallığına diqqət çəkib. Müasir dövrdə elmi-intellektual potensial yaradılmasının ölkəmizin inkişafının mühüm amilinə çevrildiyini bildirən Qasım Məmmədov vurğulayıb: “Bütövlükdə insan kapitalını təyin edən faktorlar arasında dominant yeri təhsil tutur. Ona görə də, ölkənin insan kapitalını yüksəltmək üçün təhsil islahatlarına böyük tələbat var. Təhsil reformasının qarşısında duran əsas məqsəd İK-nı yüksəltmək üçün elə sərmayələr qoyulmasıdır ki, effektiv elita formallaşdırmaq mümkün olsun. Çünki xalqın elitası onun inkişaf vektorunun istiqamətini təyin edir. Təhsilə qoyulan bu sərmayə kollektiv vətəndaş ağılının, kollektiv intellektin formallaşmasına xidmət edir və bu da öz növbəsində yaradıcı inkişafa təkan verir”.
Qasım Məmmədov əlavə edib ki, ADNSU-da 2021/2022-ci tədris ilindən etibarən Təhsil Nazirliyinin elan etdiyi “Sabah” qrant layihəsi çərçivəsində magistratura təhsil səviyyəsində Mexatronika və robototexnika mühəndisliyi ixtisasının “Süni intellekt” ixtisaslaşması üzrə kadr hazırlığına başlanıb. Ali təhsil müəssisəsində “smart-auditoriya” “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini gerçəkləşdirəcək gənc mütəxəssislərin hazırlanması prosesi uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

