9-dan 6-ya...
12.04.2022 [10:02]
Dünya Bankı: Azərbaycanda inflyasiya aşağı düşəcək
M.ƏHMƏDOĞLU
Nüfuzlu beynəlxalq reytinq agentliklərindən və iqtisadi qurumlarından Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, ölkəmizdəki makroiqtisadi durumla bağlı müsbət dəyərləndirmələr gəlməkdədir. Bir qədər bundan əvvəl Asiya İnkişaf Bankı respublikamızda 2022-2023-cü illərdə ÜDM-in artacağı ilə bağlı proqnozlarını yaymışdı. Bu günlərdə isə Dünya Bankı yenilənmiş regional hesabatını təqdim edib. Həmin hesabatda da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb.
Enən inflyasiya proqnozu
Dünya Bankının yaydığı hesabatda Azərbaycanla bağlı proqnozlar bir neçə istiqamətdə təqdim olunub. Qurum bu il milli iqtisadiyyatımızın real ifadədə 3,1% artacağını proqnozlaşdırıb. Gələn il isə müvafiq göstəricinin 2,7%-ə çatacağı gözlənilir. Beləliklə, 2022-2023-cü illərdə ölkə iqtisadiyyatının orta artım tempinin 2,9% olacağı güman edilir.
Sözügedən hesabatda milli iqtisadiyyatımızda gözlənilən artımın mənbələrinə də diqqət çəkilib. Bildirilir ki, qeyri-neft sektoruna, o cümlədən də postmüharibə mərhələsində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinə investisiya qoyuluşunun artmasının iqtisadi inkişafa təkan verəcəyi gözlənilir.
Dünya Bankının ölkəmizdəki makroiqtisadi vəziyyətlə bağlı proqnozları da nikbinlik üçün əsaslar yaradır. Qurumun son hesabatında bu il Azərbaycanda illik inflyasiyanın 9 % olacağı proqnozlaşdırılır. Hesabata əsasən, 2023-cü ildə respublikamızda illik inflyasiya bir qədər azalaraq 6,6 %-ə, 2024-cü ildə isə 6 %-ə enəcək.
Xarici inflyasiya təzyiqləri
Dünya Bankının hesabatında ölkəmizdə inflyasiyanın artmasına təsir göstərən amillərə də diqqət çəkilib. Sənəddə vurğulanır ki, idxal olunan ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin sürətlə artması və daxili tələbatın bərpası bu il inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Xarici inflyasiya təzyiqlərinin 2022-ci ildə yüksək, daha sonra isə orta səviyyədə qalacağı ehtimal olunur.
Dünya Bankının xarici inflyasiya təzyiqlərinin yüksək olmasına diqqət çəkməsi isə heç də təsadüfi deyil. Hazırda bir sıra amillər, ilk növbədə isə Rusiya-Ukrayna müharibəsi səbəbindən dünyada istehlak mallarının qiymətlərində sürətli artım müşahidə olunur. Bu ilin mart ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiyməti indeksi fevral ayı ilə müqayisədə 12,6, 2021-ci ilin mart ayı ilə müqayisədə isə 33,6% artaraq 159,3 bəndə çatıb. Qurumun taxıl qiyməti indeksi aylıq müqayisədə 17,1, illik ifadədə 37,3% artaraq martda 170,1 bənd təşkil edib. Bir sıra pozisiyalar üzrə məhsulların qiymət indeksi tarixi maksimum sayıla bilər.
Daxili bazarın qorunması
Azərbaycanda inflyasiyanın səviyyəsinin azalması ilə bağlı proqnozlara zəmin yaradan amillər isə həm daxili istehsalın güclü şəkildə dəstəklənməsi, həm də hökumətin reallaşdırdığı prevantiv tədbirlərlə bağlıdır. Prezident İlham Əliyev mart ayının üçüncü ongünlüyündə ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini hədəfləyən mühüm Fərman imzaladı. Fərmanda nəzərdə tutulan tədbirlər ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizminin daha da optimallaşdırılması məqsədi daşıyır. Eyni zamanda, Baş nazir Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin Sərəncamını imzalayıb. Sərəncamda daxili istehsalın qorunması, istehlak bazarında əsas ərzaq məhsullarının yuxarı qiymətlərinin aşağı salınması, inflyasiyanın cilovlanması məqsədilə müvafiq qurumlara bir sıra tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

