Hökumətə tapşırıq verildi
15.04.2022 [10:01]
Nəzarət tədbirləri gücləndirilir
Mübariz ABDULLAYEV
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi və bir sıra digər mənfi xarici amillər bütün dünyada olduğu kimi, Azərbaycanda da istehlak bazarına müəyyən təzyiqlər yaradıb. Son vaxtlarda ticarət şəbəkələrində, xüsusilə ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə edilir. Eyni zamanda, insanlar hansısa məhsulların təchizatında problemlər yaranacağından ehtiyatlanaraq ehtiyaclarından artıq həcmlərdə ərzaq məhsulları alırlar.
İstehlak bazarında bolluğu və aşağı qiymətləri təmin etmək üçün
Qeyd olunan qlobal gərginliklər fonunda respublikamızda daxili bazarın qorunmasını hədəfləyən ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyevin 29 mart 2022-ci il tarixində imzaladığı müvafiq Fərmanda ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini hədəfləyən bir sıra müddəalar yer alıb. Həmin müddəalar ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizminin daha da optimallaşdırılması məqsədi daşıyır.
Eyni zamanda, Prezident İlham Əliyevin hökumətə verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Baş nazir Əli Əsədov “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarını imzalayıb. Sözügedən sənədlərə uyğun olaraq, ilk növbədə, ölkənin ərzaq ehtiyatları artırılır. Müşavirədə dövlət başçısına məruzə edilib ki, əhali tərəfindən gündəlik istifadə olunan 12 əsas ərzaq məhsulunun həm qiymət baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar baxımından gündəlik monitorinqi aparılır.
İndiyədək Azərbaycan bir sıra pozisiyalar üzrə daxili istehlakın bütünlüklə yerli istehsal hesabına qarşılanmasına nail olub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qarşıya qoyulan hədəf isə siyahını genişləndirmək və ərzaq məhsulları ilə özünütəminat səviyyəsini yüksəltməkdir. Yerli istehsalın qorunması da əsas prioritetlərdən biri kimi müəyyənləşdir?lib. Bu məqsədlə müəyyən məhsulların idxal prosedurları sadələşdirilib, eyni zamanda, ixracla məşğul olan sahibkarların da maraqları qorunur.
Ərzaqlıq buğda ilə təminat diqqət mərkəzində saxlanılır
Prezident İlham Əliyev Onun sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində çağırış edərək bildirib ki, bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hazırda Azərbaycan taxıla olan tələbatının yalnız 60 faizini yerli istehsal hesabına təmin edir. Ərzaqlıq buğda ilə özünütəminat isə cəmi 25 faiz səviyyəsindədir. Qlobal gərginliklərin artdığı indiki dövrdə belə vəziyyətlə heç cür barışmaq mümkün deyil. Prezident İlham Əliyev diqqəti qarşıya qoyulan hədəflərə çəkib. “Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində”, - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, post-müharibə dövründə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı əkinlərə başlanıb. Cari ildə təxminən 50 min hektar ərazidə əkin aparılması nəzərdə tutulub. Prezident İlham Əliyev tapşırıqlarını verərək bildirib ki, həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır.
Antiinflyasiya tədbirlərinin görülməsi zərurətdir
Müşavirədə Prezident İlham Əliyevin diqqət çəkdiyi vacib məsələlərdən biri də qiymət artımı ilə bağlıdır. Məlum hadisələr fonunda respublikamızda ərzaq məhsulları üzrə inflyasiya 18 faizə yüksəlib, ümumi inflyasiya isə 12,2 faiz səviyyəsindədir. Əlbəttə qiymətlərin artmasını şərtləndirən obyektiv amillər var. Ancaq süni qiymət artımı ilə bağlı faktlar da kifayət qədər çoxdur. Sirr deyil ki, indiki vəziyyətdən sui-istifadə edərək qiymətləri artıran sahibkarlar da var. Belə halların qarşısı alınmalıdır. Prezident İlham Əliyev bildirib ki, antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir.
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

