Qanunsuz evlərin sənəd dərdi
18.05.2022 [10:05]
Proses mürəkkəb olduğundan işlərin yekunlaşması üçün müəyyən qədər vaxt tələb olunur
Nardar BAYRAMLI
Bakı şəhərinin müxtəlif ərazilərində qanunsuz tikilən evlərin sənədləşdirilməsi ilə bağlı işlər davam edir. Proses bir neçə ildir ki, başlayıb. Sənədləşmə işləri hansı prinsiplərlə həyata keçirilir?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, sənədsiz evlərin qeydiyyata alınması həm iqtisadi, həm də sosial baxımdan önəmlidir. Artıq bu istiqamətdə müvafiq işlərin görüldüyünü deyən millət vəkilinin sözlərinə görə, hazırda bu tikililərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya işləyir: “Belə tikililərin qeydiyyata alınması asan deyil. İndiyədək rayonlar üzrə müvafiq komissiyalar işləyib. Doğrudur, 2020-ci ildə pandemiya ilə əlaqədar bu istiqamətdə işlərdə bir qədər fasilə oldu. Ancaq cari ildən inventarlaşdırma davam etdirilir. Vəziyyət hökumət və digər müvafiq qurumlar səviyyəsində ciddi şəkildə araşdırıldıqdan sonra yekun qərar elan olunacaq. Şübhə yoxdur ki, burada dövlətin, kommunal xidmətlər göstərən ayrı-ayrı qurumların və ən əsası vətəndaşların maraqları nəzərə alınacaq. Çünki bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində ölkə başçısının göstərişinə uyğun olaraq işləyirlər. Yəni faktiki olaraq məsələlər öz həllini tapacaq. Amma müəyyən qədər vaxt lazımdır. Çünki belə evlərin sayı xeyli çoxdur. Proses zamanı araşdırılır ki, hansı evlərə sənəd veriləcək, hansılara verilməyəcək”.
C.Osmanov sənədsiz evlərin qeydiyyata alınmasının iqtisadiyyat üçün əhəmiyyətli olduğunu qeyd edib: “Evlərin qeydiyyata alınması büdcə daxilolmalarının artmasında öz əksini tapacaq. Belə ki, əmlaklarını özəlləşdirəcək vətəndaşlar müəyyən olunmuş qaydada rüsumlar ödəyəcəklər. Digər tərəfdən, qanunsuz tikilən evlərin sənədləşdirilməsinin həmin tikililərin sahibləri üçün başqa bir tərəfdən də xeyri var. Onlar öz əmlaklarını bazarda alıcılara real qiymətindən aşağı təklif etmək məcburiyyətində qalırlar. Çünki müştərilər sənədsiz tikililəri almaqda maraqlı deyillər. Burada itirən, ziyana düşən yenə də qeydiyyata alınmayan tikililərin sahibləridir. Tikililərin qeydiyyatı aparıldıqdan sonra vətəndaşların əmlak hüquqları bərpa olunacaq və onlar bazarın tamhüquqlu iştirakçılarına çevriləcəklər”.
Deputatın fikrincə, sənədsiz evlərin qeydiyyatı hamı üçün eyni prinsiplə reallaşdırılması mümkün deyil: “Ona görə ki, həmin tikililərin dislokasiya yeri bir-birlərindən fərqlənir. Aydın məsələdir ki, su, kanalizasiya, qaz xətlərinin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş tikililərin qeydiyyata alınması mümkün deyil. Bir sıra hallarda qanunsuz tikililər dövlət və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunub. Bu kimi fərqli hallarda tikililərin qeydiyyata alınmasına da fərqli yanaşmalar tətbiq oluna bilər. Məsələn, kənd təsərrüfatı torpaqlarında inşa edilmiş tikililərin sənədləşdirilməsindən öncə bu cür sahələrin təyinatı dəyişdirilməlidir. Bütövlükdə, düşünürəm ki, belə evlərin sənədləşdirilməsi prosesində bütün hallarda vətəndaşların mənafeyi nəzərə alınacaq”.
Qanunsuz evlərə əmlak amnistiyası verilməsi ehtimalına gəlincə, C.Osmanov hesab edir ki, bu, müvafiq səlahiyyətli orqanlardan asılıdır. “Ümumiyyətlə, çox müsbət haldır ki, son vaxtlar paytaxt Bakıda və onun qəsəbələrində qanunsuz tikililərin sayı əhəmiyyətli dərəcədə azalıb. Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən tikintilərin aparılmasına nəzarət tədbirlərinin gücləndirilməsi öz bəhrəsini verir”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

